​"Expressbank"ın səhmdarları dəyişib | Banco.az

​"Expressbank"ın səhmdarları dəyişib

"Expressbank" ASC-nin səhmdarlarının tərkibində dəyişiklik olub. 

"Report" Banka istinadən xəbər verir ki, hazırda "Expressbank"ın səhmləri iki hüquqi və iki fiziki şəxsə məxsusdur. Halbuki, indiyə qədər Bankın səhmləri 4 hüquqi şəxs ("Ador" MMC - 42%, "AZENCO Group" - 40%, "EnerqoServis" MMC - 17,69%, "Avtonəqliyyatservis" MMC - 0,31%) arasında bölüşdürülmüşdü.

Ən sərfəli kredit üçün müraciət et

Bank "Kommersiya sirri" haqqında qanunun 4.1.2-ci maddəsini (təsisçilər (səhmdarlar) və onların payları haqqında məlumatların kommersiya sirri təşkil etməsi) əsas gətirərək səhmdarlarının adlarını açıqlamayıb.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 122 443 550 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 328,9 manat olan 372 282 səhm əsasında formalaşıb.

Ən sərfəli krediti almaq üçün müraciət et