"Expressbank"ın İdarə Heyətinə yeni üzv təyin olunub | Banco.az

"Expressbank"ın İdarə Heyətinə yeni üzv təyin olunub

"Expressbank" ASC-nin rəhbərliyinə yeni təyinat baş tutub. Mehman Məmmədov "Expressbank" ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

Bu təyinatadək M. Məmmədov "Expressbank"da Kredit departamentinin direktoru vəzifəsində işləyib.

Beləliklə, İdarə Heyətinin üzvlərinin sayı 3-ə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu yaxınlarda uzun illər İdarə Heyətinin sədri olmuş Emin Məmmədov Müşahidə Şurasının sədri təyin olunub. Ardınca İlham Həbibullayev İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Orxan Vahabov isə İdarə Heyəti sədrinin müavini təyin olunub.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et