Evdən çıxmadan səyahət sığortası | Banco.az

Evdən çıxmadan səyahət sığortası

Turizm mövsümünün başlaması və səyahətə hazırlaşanların sayının artması ilə əlaqədar səyahət sığortasına tələbat da artır. Bildiyiniz kimi, “Atəşgah” sığorta şirkəti səyahət sığortasının onlayn satışına başlayıb. Bu usulla sığortalanmaq üçün müştəri hesab.az portalına daxil olub “Atəşgah” sığorta bölməsini seçir, lazımi məlumatları daxil etməklə və ödəniş etməklə səyahət sığortasını əldə edə bilər. Şirkətin Biznesin inkişafı idarəsinin rəisi Emin Rzayevin sözlərinə görə, bu usulla alınan sığorta polisi 24 saat ərzində pdf formatında istifadəçinin e-poçt ünvanına göndərilir: "İstifadəçi həmin sənədi istər elektron formada, istərsə də, çap edib istifadə edə bilər".

İdarə rəisinin sözlərinə görə, səyahətə hazırlaşan şəxsin sığortanı onlayn qaydada alması bir neçə cəhətdən sərfəli və rahatdır. Əvvəla şirkət demək olar ki, bütün ölkələrin viza tələbləri ilə tanışdır, ona görə də, sığorta müqaviləsi alınması o şərtlərə uyğundur: “Biz həmin ölkələrin səfirlikləri ilə əməkdaşlıq etdiyimizə görə, tələb olunan şərtlərdən daim agah oluruq və sinxron şəkildə bu, sığorta polisində əks olunur. İstifadəçi gedəcəyi ölkəni və o ölkənin səfirliyini seçir və buna uyğun olaraq, sığortalanma məlumatları təqdim olunur. Məsələn, sığortalanmış günlərin sayı, şərtlər və tələblər və s. haqda məlumat alır. Əgər istifadəçi razı deyilsə və ya əgər onun artıq vizası varsa və sadəcə olaraq həmin ölkəyə səfər etmək istəyirsə, o zaman həmin günlərin sayında dəyişiklik etmək imkanına malikdir”.

Ən sərfəli kredit üçün müraciət et

Onlayn sifarişin digər üstünlüyü müştərinin vaxtına və enerjisinə qənaət edə bilməsidir. Ən əsası sığortanı çox qısa vaxtda - məsələn, sabah xaricə səyahətə gedəcəksə, bugün ala bilər: "Bunun üçün heç bir yerə getmək lazım deyil. İş vaxtı bitib-bitməyib fərqi yoxdur. Onlayn sifariş sistemi 24 saat işləyir".

Səyahət sığortasının qiymətində fərqlər daha çox səfərin məqsədi ilə bağlı ola bilər. Məsələn, istifadəçi sadəcə turizm məqsədilə, ya da hansısa idman növü ilə məşğul olmaq məqsədilə gedirsə, burada fərq ola bilər: “Təbii ki, hansısa tarixi abidələri, muzeyləri görmək üçün gedənlərlə təhlükəli idman növləri ilə məşğul olmaq məqsədilə gedənlərin risk dərəcəsi və buna uyğun olaraq da sığortalanma qiyməti eyni ola bilməz. İkincilərdə sığorta haqqı nisbətən yüksək olur”.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et