"Ethereum"un təsisçisi Vitalik Buterin: Düzgün İCO-nu necə seçməli | Banco.az

"Ethereum"un təsisçisi Vitalik Buterin: Düzgün İCO-nu necə seçməli

Vitalik Buterin, Ethereum blokçeyn-platformasının təsisçisidir, o Forbesə intervüsündə İCO etmək istəyən layihələr üçün token emisisyasının hansı halda zəruri olub-olmasından danışıb.

O, həmçinin İCO-etməyə hazırlaşan proyektlər arasında düzgün və uğurlu layihələri seçmək üçün təməl qaydaları sadalayıb. Qeyd edib ki, o, özü komandanın iş təcrübəsinə və biznes-modelin nə qədər başadüşülən olmasına, həmçinin kompaniya tərəfindən İCO üçün emissiya edilən tokenlərə fikir verir.

«Mən baxıram ki, tokenlər necə istifadə olunacaq, əgər proyekt token əvəzinə efir istifadə edərsə, daha pis işləyəcəkmi? Əgər tokensiz keçinmək  mümkünsə, onda İCO-yə gərək yoxdur”.

Ümumilikdə Buterin etiraf edir ki, İCO ətrafında köpük formalaşıb, belə ki proqramistlər qazandığı pula həm villa, həm də Lamborghini ala bilir. O hesab edir ki, “sadəcə köpüyün partlamasına qədər gözləmək lazımdır”. Eyni zamanda Ethereum təsisçisi qeyd edir ki, bu növ vəsait yığımının yaxşı tərəfi ondadır ki, bu kriptovalyutaların məşhurlaşmasına səbəb olub.

Faktiki olaraq, Buterin rəqəmsal “sikkələrin” və ta tokenlərin kütləvi ilkin təklifini (İnitial coin offering – İCO) təşkil edən ilk şəxs olub. O, yeni kriptovalyuta vahidlərini – efirləri – bitcoin ilə almağı təklif edib. Əldə olunan vəsaiti isə o, Ethereum şəbəkəsini işə salmaq üçün istifadə edib. Şəbəkə – müqavilədə yazılan şərtlərin yerinə yetirilməsi zamanı vəsaitlərin köçürülməsini avtomatik təmin edən ağıllı kontraktları dəstəkləyir. İndi İCO keçirən şirkətlər, məhz efirlə token və ya rəqəmsal sikkə almağı təklfi edir.

Ən sərfəli kredit üçün müraciət et

Mahiyyət etibari ilə  token – kompaniya səhmlərinin kriptovalyuta analoqudur. Amma əhəmiyyətli fərqlər də vardır. Emitent token alıcısı qarşısında hansı öhdəlikləri öz üzərinə götürməsində tam sərbəstdir. Adətən token proyektin qiymətinə bağlı olmur, o kompaniyanın gələcə məhsulunu əldə etək və ya onun xidmətlərindən endirimlə istifadə etmək hüququ verir. Ağıllı kontraktlardan istifadə, müqavilədə yazılmış şərtlər yerinə yetirildikdə avtomatik olaraq tökenlərlə əməliyyat etməyə icazə verir.

Ethereum daha çox kriptovalyua şəbəkəsi kimi məşhurdur. Lakin ilkin olaraq daha geniş funksionallıqla yaradılıb. Onu sadəcə informasiyanın, bütün şəbəkə iştirakçıları arasında bölüşdürülmüş olmasına rəğmən,  etibarlı şəklində saxlandığı deyil, həm də ağıllı müqavilələrin köməyi ilə avtomatik şəkildə fəaliyyətə keçə biləcəyi blokçeyn platforması kimi istifadə etmək olar.

Məsələn, iştirakçılar alqı-satqı sövdəsi bağlaya bilər, hansının şərtləri Ethereum bazasında avtomatik yoxlanılacaq və misal üçün məhsulun çatması ilə bağlı poçtdan təsdiq gələndə, pulların köçürülməsi avtomatik baş verəcək.

Könül Soltanova, mənbə Forbes

Ən sərfəli krediti almaq üçün müraciət et