Ethereum-un qiyməti 2500 dollara yüksələcək! | Banco.az

Ethereum-un qiyməti 2500 dollara yüksələcək!

İnvestisiya və aktivlərin idarə olunması xidmətlərini təklif edən müstəqil maliyyə konsaltinq şirkəti olan “deVere Group” bu ilin sonunadək Ethereum-un qiymətinin 2500 dollara çatacağını iddia edir.

Deyilənə görə, rəqəmsal sənədləşmələr və ağıllı müqavilələrin istifadəsinin artması ilə Ethereum-un dəyərində də böyük artım yaşanacaq. “deVere Group”-un təsisçisi Nigel Qrin mövzuyla bağlı bunları qeyd edib:

“Ethereum-un qiymətinin bu il artacağı gözlənilir. İlin sonunadək 2500 dollara çatmasını gözləyirik. Bu yüksəlişi 3 amil sürətləndirəcək. İlk olaraq, Ethereum-u ticarət vasitəsi kimi istifadə edən platformaların sayı artır. İkincisi, Ethereum smart müqavilələri istifadə edən insanların sayı da getdikcə artır. Üçüncüsü, “cloud computing” mərkəzsizliyidir”.

Qrin həmçinin kriptovalyuta bazarının tənzimlənməsinə az qaldığını söyləyib. Onun fikrincə, bu durum bazara daha çox investor cəlb edəcək.

Ötən ilin dekabrında Bitcoin-in rekordundan sonra Qrin “Növbəti həftələrdə böyük dəyişiklik gözləyirik, çünki belə yüksəlişlərdən sonra kəskin enişlər və düzəltmələr yaşanır”, – deyə açıqlama vermişdi.

Məşhur mütəxəssis Tom Li isə ilin sonunadək Bitcoin-in 25 min dollara yüksələcəyini bildirmişdi.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et