Ethereum kəskin bahalaşdı | Banco.az

Ethereum kəskin bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Ötən həftə 3 aydan sonra ilk dəfə 50 min dollar səviyyəsini üstələyən bitkoin daha sonra yenidən ucuzlaşmış, yeni həftəyə də bu dinamika ilə başlamışdı. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 0,4% bahalaşmaqla 47 min 300 dollara qalxıb. 

Ötən iki gün ərzində əsas diqqət mənbəyi isə ikinci dəyərli kriptovalyutada olub. Belə ki, ethereum ötən həftəki yenilənmə zamanı meydana gələn və daha sonra bir xaker tərəfindən böyüdülən defisit nəticəsində 3 min 250 dollardan 3 min 84 dollara geriləmişdi. Problem həll edildikdən sonra isə bu kriptovalyuta növü bahaşalmağa başlamışdı. Hazırda ethereum 8% dəyər qazanmaqla 3 min 497 dollara icra edilir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, analitiklər ethereumda 3 min 500 səviyyəsinin keçilib-keçilməyəcəyini izləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et