Ethereum Classic nədir? Haradan almaq olar? | Banco.az

Ethereum Classic nədir? Haradan almaq olar?

Ethereum Classic təhlükəsizlik mərkəzli, ictimaiyyətə açıq və mərkəzsiz Blockchain platforması kimi tanınır.

Ethereum Classic (ETC) Ethereum-un (ETH) hard fork tətbiq edilməmiş versiyası sayıla bilər. Ethereum Classic-in ortaya çıxmasını izah etmək üçün DAO hücumundan danışmaq məcburiyyətindəyik. DAO (mərkəzsiz, öz-özünə işləyə bilən təşkilat) hər hansı sənəd ehtiyacı olmadan, mərkəzsiz və səsvermə sistemli işləyə bilən bir toplu qərar vermə mexanizmi mənasını verir. DAO-lar ilk əvvəl ağıllı müqavilələr ilə fond formalaşdırarlar və iştirakçılara tokenlər paylanılar. Sonra DAO-lar fəaliyyətə başlayarlar.

ETH və ETC-nin ayrılmasına səbəb olan DAO isə “Airbnb”-ə bənzər mərkəzsiz bir tətbiq idi. Bu tətbiqin ICO-su gözlənilmədən böyüdü və 11.000 iştirakçıdan 150 milyon dollar topladı. Həmin vaxt bəzi tərtibatçılar DAO kodunda zəiflik olduğunu və hər hansı bir hücum olsa, fəlakətə səbəb ola biləcəyini söyləyirdilər. Ancaq bu baş vermədi. 28 günlük ICO-dan sonra naməlum haker DAO-dan ether-ləri oğurlamağa başladı və oxşar bir saxta DAO-nun içinə həmin ether-ləri yerləşdirdi. İştirakçıların sayı çox olduğu üçün kod dəyişikliyi prosesi vaxtında yekunlaşmadı. Layihə tokenlərinin dəyəri 20 dollardan 13 dollara düşdü. DAO-lar ictimaiyyətə açıq olduğu üçün hamı onları görə bilir, buna görə də haker oğurladığı tokenləri başqa hesaba köçürə bilmədi.

Oğurlanan ether-lərin geri qaytarılması üçün Ethereum Fondu hard fork tətbiq etməyi qərara aldı. Ethereum birliyinin üzvlərindən bəziləri bu qərarın Ethereum-un prinsiplərində uyğun olmadığını bildirdi. Çünki hard fork qərarı fonda qarşı çıxanların fikrincə, bir qismin görməzdən gəlinməsi və fond qərarının ön plana çıxarılması anlamına gəlir.

Ethereum Classic tərtibatçıları bir araya gələrək mərkəzsiz platforma yaratmaq qərarını verdilər. ETC birliyi kod dəyişdiriləcəksə, konsensusun 100% olmasını bildirir.

ETC ilk olaraq “Poloniex”-də siyahıya alındı və sürətlə yayılmağa başladı. Qiyməti 40 dolları keçdi və sərt qiymət dəyişikliyi yaşadı. Hazırda bazar dəyəri 2.3 milyard dollardır.

ETC bir çox böyük həcmli kriptovalyuta birjasında fəaliyyət görür. Onu “Binance”-dan və ya “KuCoin”-dən ala bilərsiniz.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et