Əsas hədəfi ölməmək olan Bill Qeyts | Banco.az

Əsas hədəfi ölməmək olan Bill Qeyts

O, dünyanın ilk trilyoneri olacaq: Övladlarına qəpik-quruş qıysa da, əsas hədəfi ölməməkdir

Bill Qeyts 1955-ci ildə Vaşinqtonda  doğulub. Onun ailəsi sosial baxımdan orta sinfə mənsub olsa da, yüksək nüfuza malik olub. 

Billin atası dövrünün görkəmli vəkillərindən olub. Billin iki bacısı var. 1994-cü ildə Bill Qeyts Melinda Frenç Qeytslə evlənib. Hazırda onların üç övladı var. Cennifer Ketrin Qeyts 1996-cı ildə, Rori Con Qeyts 1999-cu ildə, Foebe Adeli Qeyts isə 2002-ci ildə dünyaya gəlib.

“Microsoft”un qurucusu Bill Qeyts dünya tarixinin ilk trilyoneri ola bilər. Maliyyə ekspertlərinin söylədiklərinə görə, hazırda 85 milyard dollara yaxın sərvətə sahib olan Bill Qeyts 25 il sonra sərvətini 1 trilyon dollara çıxarmış olacaq. Bu məbləğ onu dünyanın ilk trilyoneri edəcək və 2042-ci ilə adını qızıl hərflərlə yazdıracaq. Təbii ki, bunların reallaşması üçün onun 25 il daha yaşaması lazımdır. Bunu isə zaman göstərəcək.

DÜNYADAKI HƏR KƏSƏ 140 DOLLAR

1 trilyon dollar, indiki zamanda Yer üzərində yaşayan hər bir insana 140 dollardan bölünərək verilə bilər. Eyni zamanda Londonun mərkəzində bütün əmlakları almağa yetər.

Hazırda dünyanın ən varlı insanlarından olan Bill Qeytsin sərvəti haqqında maraqlı iddialar var. 

Bill Qeyts 2006-ci ildə “Microsoft”dakı vəzifəsini sonlandırdığı zaman sərvəti 50 milyard dollar idi. 2016-ci ildə aparılan araşdırmalara  görə sərvəti 75 milyard dollara qədər çıxıb. Hazırda onun 85 milyard dollara yaxın sərvəti olduğu düşünülür.

Картинки по запросу bill gates microsoft

Bill Qeyts 88 yaşına gəldiyi zaman sahib olacağı sərvət onu dünyanın ilk trilyoneri edəcək. Lakin bunun reallaşması tamamilə Bill Qeytsin iqtisadi vəziyyətinə bağlı deyil. Təxminin reallaşması üçün Hindistan və Çin kimi inkişaf edən iqtisadi bazarların dəstəklədiyi zənginlik böyüməsinin davam etməsi lazımdır.

“Oxfam” adlı bir təşkilat apardığı araşdırmalardan sonra Bill Qeytsə bunları söyləyib: “Belə bir mühitdə onsuz da zənginsiniz, daha çox zəngin olmamaq üçün xüsusi bir səy sərf etməniz lazımdır”.

Dünyanın ən zəngin 8 insanı qlobal sərvətin yarısına sahibdir. Bu 8 nəfərin lideri Bill Qeytsdir. Onların toplam sərvəti 426 milyard dollardır. Yer üzündəki 3.5 milyard insanın isə sahib olduğu məbləğ 409 milyard dollardır. Bu da o deməkdir ki, həmin 8 nəfərin sərvəti bütün dünyaya yetər.

Milyarderin həyatı olduqca maraqlıdır və atdığı hər addım cəmiyyət tərəfindən izlənilir. 

Məşhur milyarder haqqında sizə bəzi maraqlı faktları da təqdim edirik:

Bill Qeyts qurduğu “Microsoft” şirkətinə daha artıq vaxt ayıra bilmək üçün təhsilini yarıda saxlayıb. 1975-ci ildə oxuduğu "Harvard" universitetindən ayrılıb.

Картинки по запросу bill gates harvard

1977-ci ildə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə və qırmızı işıqda sürətlə keçdiyinə görə Meksikada həbs olunub.

Gençliğinde Tutuklanarak Hapse Düştü!

Təyyarədən qorxan milyarder 1997-ci ilə qədər  “Uçuş rəhbəri” ilə birlikdə səyahət edib.

Картинки по запросу

1994-cü ildə Leonardo da Vinçinin öz əliylə yazdığı kitabı 30 milyon dollara alıb.

Leonardo Da Vinci için Servet Ödedi

85 milyarda yaxın sərvətə sahib olan milyarder övladlarına yalnız 10 milyon dollar miras verib. Bunun səbəbini isə belə izah edib: “ Övladlarıma çox pul verməməyimin xəsisliklə heç bir əlaqəsi yoxdur. Onlara çox pul vermək yaxşılıq demək deyil. Əksinə çox pul onlara zərər gətirər”.

Ən sərfəli kredit üçün müraciət et

Çocuklarına Çok Az Miras Ayırdı

 

Bill Qeyts heç bir xarici dil bilmir və buna görə çox məyusdur. Bunu həyatının ən böyük itkisi kimi dəyərləndirir.

Картинки по запросу bill gates üzgün

“Microsoft”u qurmamış olsaydın, indi nə işlə məşğul olardın” sualına “Süni zəka üzərində araşdırmalar aparmağa davam edəcəkdim” deyə cavab verib.

Картинки по запросу bill gates yapay zeka

Bill Qeyt gənc yaşlarında milyarder olmağı qarşısına məqsəd qoymuşdu. 31 yaşında artıq o milyarder idi.

Картинки по запросу bill gates genç yaşlarında

Bill Qeytsin səhiyyə xidmətlərinə yardım etməsi sayəsində 6 milyon insanın həyatı xilas edilib.

Картинки по запросу bill gates sağlık için yardım

 Bu günə kimi o, cəmi 28 milyard dollar yardım məqsədilə xərcələyib.

Yaşadığı ev üçün ildə bir milyon dollar əmlak vergisi ödəyir.

Картинки по запросу Bill gates home

Bill Qeytsin iddialarına görə, 2035-ci ildə dünyada kasıb insan qalmayacaq.

Картинки по запросу bill gates 2035

Milyarder hər günə 1 milyon dollar xərcləsə, sərvəti 218 ilə tükənər.

Картинки по запросу bill gates millionaire

Məşhur “Apple” şirkətinin yaradıcılarından biri olan Stiv Cob ölümünün son anına kimi Bill Qeytsin məktubunu yatağının altında saxlayıb.

Картинки по запросу Bill gates Steve jobs

Əgər Bill Qeyts tək başına bir dövlət qursaydı, bu, dünyanın ən zəngin 37-ci ölkəsi olardı.

Картинки по запросу Bill gates

“Porshe” markalı avtomobilin həvəskarı olan milyarderin 959 maşından ibarət kolleksiyası var.

O Bir Porche Kolleksiyoneri!

2014-cü ildə o, “Facebook”un yaradıcı Mark Zukerberqin xəstələr üçün yaratdığı “IceBucketChallenge” adlı sosial layihədə iştirak edərək, böyük bir məbləğdə yardım etmişdi.

Bill Qeytsə “Ölmədən öncə etmək istədiyiniz şeylər nədir” deyə sual veriləndə “Ölməmək” deyə cavab verib.

Turan Oruc

Ən sərfəli krediti almaq üçün müraciət et