Ən stressiz peşələr məlum olub – Siyahı | Banco.az

Ən stressiz peşələr məlum olub – Siyahı

Bu gün mübarizə aparılması çox çətin olan stress həyatımızın bir hissəsinə çevrilib. İstər evdə, istər işdə, istərsə də yolda stress həmişə bizimlədir. Ancaq stress səviyyəsi az olan peşələr mövcuddur. Həmin siyahını Sizlərə təqdim edirik.

- İqtisadçı

Bazardakı dəyişiklikləri yaxından izləyən iqtisadçılar stressiz peşə sahiblərindən biri olub.

- Statistika Mütəxəssisi

Əminik ki, bu sahəyə marağı olan insanların sayı heç də çox deyil. Amma bilməlisiniz ki, bu peşə sahibləri də ən az stressə məruz qalırlar.

- Riyaziyyatçı

Bu peşəyə sahib olan insanların iş tapması hər nə qədər asan olmasa da, demək olar ki, iş həyatlarında stress yaşamırlar.

- Biomedikal mühəndis

Daha az stress görən gələcəyin peşələrindən biri də biomedikal mühəndislərdir. Onlar, əsasən tibb sektorunda özlərinə iş tapa bilirlər.

- Fizika üzrə mütəxəssislər

Maddə, enerjinın yaranma xüsusiyyətlərini, onların qarşılıqlı əlaqəsini analiz edən fiziklər iş tapmaqda çətinlik yaşayırlar. Amma çalışdıqları sahədə digər peşələrə nisbətən daha az stressə məruz qalırlar.

- Astronom

Göy cisimlərini araşdırıb analiz edən astronomlar da ən az stressə məruz qalan peşə sahibləri seçilib.

- Sığorta mütəxəssisləri

Onlar mütəxəssis pilləsinə qədər yüksəlmək üçün bir çox stress ilə üzləşməli olurlar. Amma iş həyatlarında peşəkarlıqları artdıqca, stressləri də azalmış olur.

- Odyoloqlar

Eşitmə qüsurları olan şəxslərlə işləyənlərə verilən addır. Tibb sektorunda çalışmalarına baxmayaraq, onlar da stressə elə də çox məruz qalmırlar.

- Optometrist

Stressi az olan bir başqa peşə qrupu isə optometristlərdir. Onlar əczəxanalarda bizə doğru eynək və linza tapmağa kömək olurlar.

- Dietoloqlar

Bugünün ən populyar peşə sahibləridir. Onlar problemli xəstə ilə qarşılaşmayana qədər iş həyatlarında daha az stress görürlər.

- Stomotoloqlar

Ən sərfəli kredit üçün müraciət et

Fikir vermisinizsə, onların çoxlarının gülərüz simaları olur. Mütəxəssislər deyir ki, bu onunla bağlıdır ki, onlar daha az stress yaşayırlar.

- Zərgər

Bu peşə sahibləri bəzən oğurluq hadisələri ilə üzləşirlər. Amma bu istisna olmadığı təqdirdə ən az stress yaşayan peşə sahibidirlər.

- Gözəllik ustası

Onların bu sahədə işləmələri üçün bacarıqlı olmaları şərtdir. Bu gün hər küçədə gördüyümüz saysız-hesabsız gözəllik salonlarının ustaları az stress yaşayırlar.

- Universitet professoru

Onlar bu səviyyəyə gələnə qədər stress yaşayırlar. Amma professor adını aldıqdan sonra onların stress ilə üzləşmə faizləri aşağı düşür.

- Art Direktor

Art Direktor agentliyin dizaynla əlaqədar olan bütün işlərin idarəçiliyini edir. İlk baxışda elə düşünə bilərsiniz ki, bu ən stressli peşə sahibidir. Amma elə deyil. Mütəxəssislərin ən az stress yaşayan peşələrin siyahısında məhz art direktorlar da yer alıb.

-Yazıçı

Nə qədər qəribə səslənsə də, qəzet, jurnal yazarı, ya da bloq yazarlar ən az stress görən peşə sahibləri seçilib.

-Tibb Sinaqraf Mütəxəssisləri

Xəstəxanaların qadın doğum sahəsində çalışan bu insanlar da az stress yaşayır. Həmçinin, bildirilir ki, bu peşənin gələcəyi daha parlaqdır.

-Topoqraf

Mütəxəssislər deyir ki, onların gördükləri iş əsasında demək olar ki, daha az stress görürlər.

- Kənd Təsərrüfatı Mütəxəssisləri

Mütəxəssislər bu peşə sahiblərini də ən stresssiz peşə sahibləri kimi siyahıya əlavə edib.

- Kitabxanaçı

Səssiz, sakit, problemsiz sahədə çalışmaq hər kəsin xəyalıdır. Gördükləri işə, əsasən söyləmək olar ki, onlar doğurdan da ən az stressə məruz qalırlar.

Bunlarda maraqlıdır: 

İş yerində stress yaradan amillər

İş stresinin insan həyatına təsirləri

Mənbə: facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et