Ən sərfəli premium kart hansıdır? | Banco.az

Ən sərfəli premium kart hansıdır?

Xaricə gedərkən və ya ölkə daxilində ödəniş edərkən bank kartlarından faydalanırıq. Bu, həm rahatlığımız, həm də təhlükəsizliyimiz üçündür. Cibimizdə nağd pul gəzdirən zaman onun itirilməsi ehtimalı da çox olur. Amma kart itirildikdə onu dərhal bloklamaq mümkündür. Bu zaman pulun oğurlanması cəhdlərinin qarşı asanlıqla alınır. Bəs hansı kartı seçməli?! Hansı kartdan istifadə etməli. Yəqin  ki, bu sualların cavabı hamını maraqlandırır.  Biz də bu marağı nəzərə alaraq bankların təqdim etdiyi premium kart olan Platinum kartları araşdıracağıq. Bu kartla siz ölkəmizdə və dünyanın bir çox yerlərində (mağaza, restoran, aviaşirkətlər və s.) istifadə edə, üstəlik bir sıra güzəştlər qazana bilərsiniz. Platinum kartların Visa və MasterCard olmaqla iki növü var. Bu kartlar, adətən, 1, 2 və 3 illik müddətə verilir. Hər birinin qiymətləri fərqlidir. Bu qiymətlər illərə görə dəyişdiyi kimi banklara görə də dəyişir.

Kartı onlayn bankın saytından sifariş edə və ya bankın filiallarına yaxınlaşıb əldə edə bilərsiniz. Kart hesabı Azərbaycan manatı, ABŞ dolları və avro ilə açıla bilər. Kartın balansını və müddətini istədiyiniz vaxt onlayn və ya terminallar vasitəsilə artıra bilərsiniz. Kart sahibləri bankın təklif etdiyi Mobil Bankçılıq, “SMS-xəbərdarlıq”, “Cash by code” və digər bu kimi xidmət və üstünlüklərdən faydalana bilərlər. Bundan əlavə, bu kart öz sahibinə xərclədiyi məbləğin geri qayıtması imkanını da yaradır. Bu imkan və xidmətlərdən bir neçəsi ilə tanış olaq.

Ən sərfəli kredit üçün müraciət et

“SMS xəbərdarlıq” xidməti – bu xidmət aktivləşdirildikdən sonra kart sahibi aparılan hər bir əməliyyat haqqında ismarıcla məlumatlandırılır.

Cashback – bu kart vasitəsilə ödənişlər zamanı ödədiyiniz məbləğin bir hissəsi balansınıza geri qayıdır.

Nağdlaşdırma – nağd pula ehtiyac yarandıqda, istənilən bankomatlarda nağlaşdırma imkanıdır. Lakin bu zaman ATM-in kartın məxsus olduğu banka aidliyindən asılı olaraq komissiya haqları fərqlənir (Cədvəldə yalnız kartın aid olduğu bankların ATM-lərində nağdlaşdırma zamanı tutulan komissiya haqqı qeyd olunub).

Aşağıda isə sizə bankların təklif etdiyi Visa və ya MasterCard Platinum kartlarının tarifləri və imkanlarını təqdim edirik

Tərlan Qəhrəmanova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et