Ən sərfəli nağdlaşdırma hansı bankdadır? | Banco.az

Ən sərfəli nağdlaşdırma hansı bankdadır?

 Banco.az olaraq, siz oxucularımız üçün bankların təqdim etdiyi debet kartların nağdlaşdırma faizlərini araşdırdıq. 

Hər bir bank özünə məxsus faiz dərəcələri var. Siz kartınızdakı vəsaiti nağdlaşdıran zaman yaxşı bilməlisiniz ki, sizdən neçə faiz komisyon tutulacaq.

Hal-hazırda banklarımız əsasən AzeriCard və MilliKart prosesinq mərkəzləri ilə işləyir. Bank of Baku, Kapital Bank və Yapı Kredi Bank Azərbaycan isə özlərinin ayrıca prosessinq mərkəzini yaratmışdır.

Bankınızın aid olduğu prosesinq mərkəzindən asılı olaraq, nağdlaşdırma zamanı tutulan faizlər də müxtəlif olur. Bu səbəbdən dolayı nağdlaşdırma əməliyyatı zamanı hansı bankın bankomatına yaxınlaşmalı olduğunuzu yaxşı bilməlisiniz.

Qeyd edək ki, cədvəldə sadəcə manat valyutalı debet kartlar üzrə tutulan faiz dərəcələri təqdim olunub. 

Milli Kart prosessinq mərkəzinə aid olan banklarda nağdlaşdırma zamanı tutulan faiz dərəcələri aşağıdakı kimidir:

Bank

Öz ATM-də

Millikart-a daxil
olan ATM

Digər prosessinq
mərkəzinə daxil olan ATM

AccessBank1

1% - min. 0,1 AZN

1,5% - min. 2 AZN

1,5% - min. 2 AZN

ASB Bank

0%

2,5% - min. 2 AZN

3% - min. 5 AZN

Dəmirbank

1% - min. 1 AZN

1,5% - min. 1,5 AZN

1.5% - min. 3,5 AZN

Expressbank

0%

1% - min. 1 AZN

3% - min. 3 AZN

Günay Bank

1% - min. 1 AZN

1% - min. 1 AZN

1% - min. 3,5 AZN

Unibank2

1% - min. 1 AZN

1,5% - min. 1 AZN

1.5% - min. 3,5 AZN

  1. Accessbank-ın təqdim etdiyi "myCard" kartlarında bankın öz bankomatlarından nağdlaşdırma əməliyyatı zamanı faiz tutulmur.
  2. Unibank-ın təqdim etdiyi "Albalı Plus Debetkartlarında bankın öz bankomatlarından nağdlaşdırma əməliyyatı zamanı faiz tutulmur.

AzəriCard prosessinq mərkəzinə aid olan banklarda nağdlaşdırma zamanı tutulan faiz dərəcələri aşağıdakı kimidir:

Bank

Öz ATM-də

Azericard-a daxil
olan ATM

Digər prosessinq
mərkəzinə daxil olan ATM

AFB Bank

1% - min. 0,8 AZN

1.5% - min. 1.6 AZN

1.5% - min. 3 AZN

AGBank

1% - min. 0,25 AZN

1.5% - min. 2 AZN

1.5% - min. 3,5 AZN

Amrahbank

0%

1.5% - min. 2 AZN

1.5% - min. 3,5 AZN

Atabank

1% - min. 0,8 AZN

1.5% - min. 0,6 AZN

1.5% - min. 2,8 AZN

Azər Türk Bank

1% - min. 0,5 AZN

1,5% - min. 2 AZN

1,5% - min. 2 AZN

Bank Avrasiya 1 % 1,5% 1,5%

Bank BTB

1% - min. 0,2 AZN

1,5% - min. 1,6 AZN

1.5% - min. 2,8 AZN

Bank Respublika

1% - min. 0,2 AZN

1,5% - min. 1,8 AZN

1.5% - min. 3,5 AZN

Bank Silk Way

0,8% - min. 0,5 AZN

1,5% - min. 1,6 AZN

1.5% - min. 4 AZN

Beynəlxalq Bank

1% - min. 1 USD ekv.

1,5% - min. 3,5 USD ekv.

1,5% - min. 3,5 USD ekv.

CDB Bank1

2% - min. 2 AZN

3% - min. 3 AZN

3% - min.4 AZN

Muğanbank

1% - min. 0,8 AZN

1,5% - min. 1,6 AZN

3% - min.4 AZN

NBC Bank

0%

1.5% - min. 1,2 AZN

2% - min. 2 AZN

Nikoil Bank

0%

1.5% - min. 2 AZN

1.5% - min. 3 AZN

Rabitəbank2

1% - min. 0,8 AZN

1,5% - min. 1,5 AZN

1.5% - min. 3 AZN

Turanbank

1% - min. 0,8 AZN

1.5% - min. 1,6 AZN

1.5% - min. 2,4 AZN

VTB Bank Azərbaycan3

1% - min. 1 AZN

1.5% - min. 2 AZN

1.5% - min. 2 AZN

Xalq Bank 1% - min. 0,4 AZN 1,5% - min. 1,6 AZN

1.5% - min. 3,5 AZN

Ən sərfəli kredit üçün müraciət et

  1. Caspian Development Bank-ın təqdim etdiyi sadəcə "Visa Electron" kartlarında bankın öz bankomatlarından nağdlaşdırma əməliyyatı zamanı faiz tutulmur. Komisyon haqq AzeriCard prosessinq mərkəzinə daxil olan bankomatlarda 1.5% - min. 1,6 AZN, AzeriCard prosesinq mərkəzinə daxil olmayan bankomatlarda isə 2% - min. 4 AZN təşkil edir.  
  2. Rabitəbank-da bağlanmış müqaviləyə əsasən, Rabitəbank-a məxsus kartlarla Turanbank, CDB Bank, Respublika Bank, Muğanbank-ın bankomatlarında etdiyiniz nağdlaşdırmaya görə 1% - min. 0,8 AZN komisyon haqq tutulacaqdır.
  3. VTB Bank Azərbaycan-ın kartları ilə AccessBank və Paşa Bank-da nağdlaşdırma zamanı 1% - min.1 AZN komisyon haqq tutulur. 

Əvvəldə də qeyd etdiyimiz kimi,  Bank of Baku, Kapital Bank və Yapı Kredi Bank Azərbaycan-ın ayrıca prosessinq mərkəzləri var. Bu banklar nə Millikart, nə də Azəricard-a aiddir.

Adlarını sadaladığımız banklarda nağdlaşdırma zamanı tutulan faiz dərəcələri ilə tanış olun:

Bank

Öz ATM-də

Azericard-a daxil
olan və digər ATM

Millikart-a daxil
olan ATM

Bank of Baku1

1% - min. 1 AZN

1,5% - min. 3,5 AZN

1,5% - min. 1,5 AZN

Kapital Bank

1% - min. 1 AZN

1,5% - min. 3,5 AZN

1,5% - min. 3,5 AZN

Yapı Kredi Bank Azərbaycan2

0%

2% - min. 1 AZN

2% - min. 1 AZN

  1. Bank of Baku-nun təqdim etdiyi "Bolkart Debet" kartlarında bankın öz bankomatlarından nağdlaşdırma əməliyyatı zamanı faiz tutulmur. "İŞKart" kartlarında isə bankın öz bankomatlarında nağdlaşdırma 0,5% - min. 1 AZN təşkil edir.
  2. Yapı Kredi Bank Azərbaycan-da "Pulkart" debet kartından nağd vəsait çıxarılan zaman tutulan faiz dərəcələri təqdim olunmuşdur.  

Ən sərfəli krediti almaq üçün müraciət et