Ən qəribə vergilər | Banco.az

Ən qəribə vergilər

Saqqal vergisindən sabun vergisinə - dövlətlərin tarixdə tətbiq etdiyi ən qəribə vergilər:

Azadlıq vergisi

Antik Romada kölələr müəyyən bir müddətn sonunda və ya haqq ödəyərək azadlıqlarına qovuşa bilirdilər. Roma dövləti, haqq ödəyərək azad qalan kölələrin azadlıqları üçün vergi ödəməsini istəyirdi.

Sabun vergisi

Orta əsrlərdə Avropa dövlətləri sabuna vergi tətbiq edirdi. Sabun vergisi İngiltərədə 1835-ə qədər qüvvədə qalıb.

Kamin vergisi

1660-cı ildə İngiltərədə buxarılara (kamin) vergi tətbiqinə başlanılmışdır. Xalq da vergidən qaçmaq üçün kaminlərin  önünü kərpiclə bağlayıb. Vergi 1689-da qüvvədən düşüb.

Pəncərə vergisi

Yenə İngiltərə tərəfindən tətbiq olunan başqa bir vergi də pəncərə vergisi idi. 1696-da qüvvəyə minən vergi sonralar evlərdə çox az pəncərə açılmasına səbəb olub. İnsan sağlamlığını təlükəyə qoyan bu vergi 1851-də aradan qaldırılıb.

Kərpic vergisi

İngiltərənin tətbiq etdiyi bir başqa vergi  kərpic vergisi olub. Bu vergi inşaat sahiblərinin istifadə etdikləri kərpic sayına vergi ödəməsini şərt qoyurdu. İnşaatçılar da kərpic sayını azaltmaq üçün daha böyük kərpiclər istifadə etməyə başlayıb. Hökumət də cavab olaraq böyük kərpiclərə yüksək vergi qoyub. Vergi 1850-də qüvvədən düşüb.

Saqqal vergisi

Ən sərfəli kredit üçün müraciət et

Rus Çarı Böyük Pyotr (Pyotr I Velikiy), 1705-ci ildə saqqalı vergiyə cəlb edərək rus kişilərini üz qırxmağa istiqamətləndirib. Pyotr, beləliklə rusların daha qərbli göründüyünü düşünürdü.

Duz vergisi

Fransanın tətbiq etdiyi duz vergisi xalqda böyük qəzəbə gətirib çıxararaq 1789-dakı Fransız İnqilabına təkan verib.

Oboy vergisi

İngiltərə 1712-də naxışlı oboylara vergi tətbiq edib. İnşaatçılar da evi təmir edərkən şümal oboy yapışdırıb, onları daha sonra rəngləyərək vergidən qaçmanın yolunu tapıb.

Şapka vergisi

İngiltərə 1784-cü ildə bu dəfə də şapkalara vergi tətbiq edib. Vergidən xilas olmaq istəyən şapka emalatçıları hazırladıqları  məhsullara “şapka” deməkdən imtina edib. Hökumət də buna qarşı başa geyilən hər şeyə vergi tətbiq edib. Vergi 1811-ci ilə qədər qüvvədə olub.

Şam vergisi

İngiltərə 1789-cu ildə şama vergi tətbiq edib. Dövlət evdə şam hazırlanmasını qadağan edərək şam emalatını lisenziyalı edib. Tətbiqin 1831-ci ildə aradan qaldırılması ilə şamın məşhurluğu sürətlə artıb.

Televiziya vergisi

İngiltərədə hələ də tətbiq edilən bir vergi. Evində televizoru olan hər bir vətəndaş illik vergi ödəmək məcburiyyətindədir. Korlar isə televiziyanı izləyə bilmədikləri üçün yalnız dinlədiklərinə görə verginin yarısını ödəyirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et