Ən gənc bank rəhbəri kimdir? (araşdırma) | Banco.az

Ən gənc bank rəhbəri kimdir? (araşdırma)

Bank sektoru həqiqətən də həmişə risklərlə üz-üzə olub. Xüsusilə devalvasiya, inflyasiya və digər çətin dönəmlərdə. Bankı idarə etmək, doğru strategiyanı müəyyənləşdirməkdə isə əsas məsuliyyət idarə heyətinin, ən əsas da sədrin üzərində düşür. Bəs uğurlu lider olmaq üçün hansı xüsusiyyətlər tələb olunur? "Ağıl yaşda deyil, başdadır" prinsipi bu mövzuda da keçərlidirmi?

Bu suala aydınlıq gətirmək üçün, araşdırma etdik. Ölkəmizdə bankları idarə edən əksər CEO-ların yaşlarını müəyyən etdik. Nəticə isə bizi bir qədər təccübləndirdi. Çünki, banklarımızda rəhbər postu tuatanların demək olar ki, əksəriyyəti 30-40 yaş aralığındadır. Yəni onları cavan hesab etmək olar.

Belə halları xüsusilə qabaqcıl, Azərbaycanda öz sözünü demiş banklarımızın rəhbərliyində müşahidə etdik.

Ən gənc bank rəhbərimizin isə cəmi 30 yaşı var. O, Parabankda rəhbərlik edən, Vəli Quliyevdir.

Beləliklə, sizə, Banklarımızda idarə heyətinə rəhbərlik edən şəxslərin doğum tarixi və yaşlarını təqdim edirik.

AccessBank- MICHAEL HOFFMANN- 1966-ci il- 49yaş

AG Bank- Mövsümov Azər Fazil oğlu - 12 Fevral 1970-ci il- 45 yaş

Amrah Bank- Həsənov Emil Cəfərqulu oğlu - 1979-cu il- 36 yaş

ASB Bank- Doğan Tandoğan 1973-cü ildə Türkiyə Respublikasında anadan olmuşdur.  42yaş

Ata Bank- Babaşlı Etibar Əmirxan oğlu 1976-ci ildə anadan olub. 39 yaş

Azər Türk Bank- Adıgözəlov Fərhad Əsgər oğlu. 15.04.1977. 38 yaş

Azərbaycan Beynəlxalq Bankı-  Məmmədov Elmar Məmmədoğlu 9 oktyabr 1967. 48 yaş

Bank Avrasiya- Kərimov Rüfət Fuad oğlu 2 iyul 1963-cü il tarixdə anadan olub. 52 yaş

Bank BTB- Qocayev Samir Nəriman oğlu 7 noyabr 1977-ci il. 38yaş

Ən sərfəli kredit üçün müraciət et

Bank of Baku- Abbas İbrahimov 1981-ci il, iyul ayının 11-də anadan olmuşdur. 34yaş

Bank Silk Way- Əhmədov Elçin Eldar oğlu  08 fevral 1982-ci il. 33yaş

Bank Respublika- Xədicə Həsənova. 15 iyul 1977-ci il. 38 yaş

Dəmir Bank- Roman Əmircanov 2 oktyabr 1963-cü il. 52yaş

Express Bank- Məmmədov Emin Yaşar oğlu 6 oktyabr 1973-cü il, 42yaş

Kapital Bank- Allahverdiyev Rövşən Şamil oğlu 11 yanvar 1972-ci il, 43yaş

Mugan Bank- Elmir Ə. Həsənov 28.03.1971-ci il, 44 yaş

NBC Bank- Məmmədov Elçin Pünhan oğlu 1980-ci il, 35yaş

Nikoil Bank- Xamaza Vasiliy Viktoroviç- 1 yanvar 1958-ci il, 57 yaş

Parabank- Vəli Eldar oğlu Quliyev, 21 noyabr 1984-cü il, 30 yaş.

Paşa Bank-  Taleh Kazımov 11 sentyabr 1983-cü il, 32yaş

Rabitə Bank- Elçin Qədimov 24 may 1978- ci il, 37 yaş

Unibank- Faiq Hüseynov- 19 iyun 1966- cı il, 49 yaş

VTB Bank- Yakovlev Yuriy 1957-ci il. 58yaş

Yapi Kredi Bank Azərbaycan- Altan Şentürk 1 sentyabr 1962-ci il, 53 yaş

Zamin Bank- Zəhra Quliyeva 13 iyun 1973-cü il, 42 yaş

Bəzi banklardan məlumatları çox çətinliklə öyrənə bildik. Digərlərində isə informasiya veb-saytlarında qeyd olunmuşdu. Bir neçə bank isə bu məlumatı dövlət sirri imiş kimi gizlətdi. Biz isə onlardan sədrlərin qazancını yox, sadəcə yaşını soruşurduq.

Ən sərfəli krediti almaq üçün müraciət et