Ən çox və ən az kredit verən banklar | Banco.az

Ən çox və ən az kredit verən banklar

Azərbaycanda 2018-ci ilin 2-ci rübündə  bankların ümumi kredit portfeli 9 mlrd 965,9 mln manat təşkil edib.

Bankların kredit portfeli üzrə renkinqinə istinadən xəbər verir ki, Azərbaycanda ən çox krediti verən  5 bank ölkə üzrə bütün kreditlərin yarıdan çoxunu verib. Azərbaycan Beynəxalq Bankı (1 mlrd 675,9 mln manat), Xalq Bank ( 1 mlrd 343,1 mln manat), Kapital Bank (1 mlrd 114,4 mln manat), Paşa Bank ( 1 mlrd 037,2 mln manat) və Bank Silk Way (522,2mln manat) banklarının kreditlərinin kredit məbləği ümumi kredit portfelinin 57,1% -ni təşkil edib.

Sırada ilk 10 yeri tutan 10 bankın kredit portfeli isə 6 mlrd 357,6 mln manat olub və bu ümumi kredit portfelinin 63,79%-i deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Ən az kredit verən ilk 5 bankın  ümumi kredit məbləği 255 mln manat təşkil edib  və yaxud ümumi kredit portfelində 2,6% paya malik olub. Bunlar Bank Avrasiya (92,9 mln manat), Ziraat Bank ( 88,5 mln manat), Naxçıvan Bank (68,01 mln manat ), Bank Melli İran ( 4 mln manat  ) və Pakistan Milli Bankı  ( 1,6 mln manat ) olub.

Ən az kredit verən 10 bankın kredit portfeli 1 mlrd 253,3 mln manat olub və ya bu məbləğin ümumi kredit portfelində xüsusi çəkisi 12,57% təşkil edib.