Ən çox qazanan aktyor kimdir? - AÇIQLAMA | Banco.az

Ən çox qazanan aktyor kimdir? - AÇIQLAMA

Kanadada futbol komandasında oynarkən aldığı zədədən sonra Floridaya gələrkən tanınmış aktyor Dwayne Johnsonun cibində cəmi 7 dollar vardı. Daha sonra özünə şirkət quran ulduz aktyor bundan ilhamlanmış olmalıdır ki, öz şirkətinin adını məhz Seven Bucks (yeddi dollar) qoymuşdu. Şirkət hal-hazırda olduqca uğurlu siyasət həyata keçirməkdə davam edir. Beləki, yalnız kino çəkilişi ilə məşğul olmayan şirkət eyni zamanda Apple, Ford kimi dünyaca məhşur brendlərlə əməkdaşlıq edir. Bundan əlavə şirkət Rock (Qaya) adı altında bir sıra məhsullar da istehsal etməkdədir.

Şirkət sahibi Dwayne Johnson öz növbəsində çəkildiyi filmlərdən sərvət dəyərində qonorarlar da alır. Bunlara misal olaraq keçən il çəkildiyi “Malibunun Xilaskarları”, “Forsaj 8”, “Jumanji: Welcome to the Jungle” filmlərdən ümumilikdə 124 milyon dollar gəlir əldə edib. Bununla o, öz gəlirini 64.5 milyon dollara qədər çatdıra bilib. Xatırladaq ki, bundan öncəki illərdə bu rəqəm 31.5 milyon dollar təşkil edirdi. Onun çəkildiyi filmlər Legendary Pictures-ə çox gəlir gətirməsə də sonuncu filmi “Rampage” ən çox istək alan kinolar siyahısında özünə yer ala bilib.

Ən sərfəli kredit üçün müraciət et

Gəlirlərinə görə Forbes jurnalı aktyoru ən çox qazanan ulduzlar siyahısına daxil edib. Siyahıda Johnsonu digər bir aktyor Corc Klunu qabaqlayır. Onun il ərzində qazandığı məbləğ 239 milyon dollar təşkil edir. Amma Klunu gəlirinin çox hissəsini kino çəkilişindən deyil, sahib olduğu kapitallardan əldə edir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et