Ən çox milyonçu hansı ölkədədir? | Banco.az

Ən çox milyonçu hansı ölkədədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

İsveçrənin "UBS" bankı son illik hesabatında qlobal sərvət bərabərsizliyində bir qədər azalma olduğunu, dünyanın ən zəngin 1 faizinin sahib olduğu sərvət payının 2021-ci ildəki 45,6 faizdən 2022-ci ildə 44,5 faizə düşdüyünü açıqlayıb. Ötən il dünyada dollar milyonçularının sayı isə 3,5 milyon azalaraq 59,4 milyona enib (qlobal sərvətə görə).

Banco.az Bankın hesabatına istinadən xəbər verir ki, 21-ci əsrin əvvəlindən ABŞ dolları ilə milyonçuların sayı kəskin artıb. 2000-ci ildə dünyada 14,7 milyon milyonçu var idi ki, bu da son 20 ildə dörd dəfə (300 faiz) artım deməkdir.

ABŞ dollar milyonçularının ən böyük kontingentinə (22,7 milyon nəfər) ev sahibliyi edir. Ən çox milyonçusu olan ölkələr aşağıdakılardır:  

ABŞ: 22,7 milyon

Çin: 6,2 milyon

Fransa: 2,8 milyon

Yaponiya: 2,8 milyon

Ən sərfəli kredit üçün müraciət et

Almaniya: 2,6 milyon

Böyük Britaniya: 2,6 milyon

Kanada: 2,0 milyon

Avstraliya: 1,8 milyon

İtaliya: 1,3 milyon

Cənubi Koreya: 1,3 milyon

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et