Ən az sayda vergi alan ölkələr | Banco.az

Ən az sayda vergi alan ölkələr

Bir çox ölkələrdə insanları əsas narahat edən meyarlardan biri də məhz vergidir. Bu baxımdan bizneslə məşğul olan və ya biznesə yeni başlayan insanlar öz gəlirlərini artırmaq və ya daha az vergi vermək üçün digər ölkələrdəki vergi sistemini nəzərə almalıdırlar. Bu yazıda 2017-ci ilin araşdırmasına görə ən az sayda vergi alan ölkələrin siyahısı ilə sizi tanış edəcəyik.

Birləşmiş Ərəb Əmirliyi. Ölkənin əsas gəlir mənbəyi neftdir. Bundan əlavə Birləşmiş Ərəb Əmirliyində insanların orta aylıq əmək haqqı digər ölkələrlə müqayisədə olduqca yüksəkdir və demək olar ki, insanlar vergidən azaddırlar. Hətta bu ölkədə əlavə dəyər vergisi (ƏDV) yoxdur. Ərəb Əmirliyində ən çox vergi içkilərə görə alınır və bu rəqəm 50% təşkil edir.

Küveyt də bu baxımdan heç də BƏƏ-dən geri qalmır. Burda sadəcə siğorta üçün nəzərdə tutulmuş vergi mövcuddur.

Qətər. Əsas gəlir mənbəyi neft və təbii qaz olan Qətərdə sadəcə siğorta və idxal edilən mala görə 5% vergi alınır. ƏDV yoxdur.

Oman Sultanlığı. Gəlirinin 90%-ni neft təşkil edir və burda daşınmaz əmlak satışlarına, maaş və sosyal siğortaya görə vergi alınır.

Bəhreyn. Burda sadəcə siğorta və əmlak vergisi mövcuddur. Xarici vətəndaşlar isə kirayə vergisi ödəməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Kayman adaları. İngiltərəyə məxsus olan və “vergi cənnəti” adlanan bu adada sadəcə idxal olunan mallara görə 25% vergi alınır.

Andora Cümhuriyyəti. İspaniya və Fransa arasında yerləşən bu dağlıq ölkənin əsas gəliri (80%) turizmə bağlıdır. Əslində Andorranın demək olar ki, heç bir təbii sərvəti yoxdur və cəmi 2% torpağı əkinçiliyə uyğundur. Buna baxmayaraq, ölkədə demək olar ki, vergi sadəcə simvolik xarakter daşıyır. Əsasən siqaret və mebel ixrac edən bu ölkədə işsizlik yox dərəcəsindədir. Getmək istəsəniz bildirək ki, Barselonadan 3 saatlıq məsafədədir.

Bermud adaları. İngiltərəyə məxsus olan bu torpaqlarda insanların 20%-i xaricilərdən təşkil olunub və burda da əsasən siğorta, maaş, əmlak və miras vergisi alınır. Əsas gəlir mənbəyi turizmə bağlıdır.

Baham adaları. Dövlətin əsas gəlirini turizm, idxal malları və gömrükdən əldə olunan vergi təşkil edir. Burda insanlardan əsas etibarilə siğorta və əmlak vergisi alınır.

Həmçinin maraqlıdır: Dünyanın ən az vergi alan 10 ölkəsi

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et