Əmanətlərin tam sığortalanması müddətinin uzadılması qəbul edildi | Banco.az

Əmanətlərin tam sığortalanması müddətinin uzadılması qəbul edildi

“Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Komitə sədri bildirib ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb: “Prezident İlham Əliyevin imzası ilə daxil olan yeni sənəddə əmanətlərin tam sığortalanması müddətinin bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur”.

Ən sərfəli kredit üçün müraciət et

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et