Əmanətlərin Sığortalanması Fondundan yeni açıqlama | Banco.az

Əmanətlərin Sığortalanması Fondundan yeni açıqlama

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 21.02.2017-ci il tarixdə rəsmi səhifədə yerləşdirilən “Müflis olmuş banklarda ləğvetmə prosesinin gedişatı haqqında məlumat” adlı Məqalə bəzi KİV nümayəndələri tərəfindən yanlış anlaşılmışdır. Belə ki, bəzi KİV-lər öz saytlarında- Fond: "Texnikabank"ın kreditorlarının tələbləri yenidən qeydiyyata alınacaq və s. buna oxşar adlı məqalələr dərc etdirmişlər.

Fond ictimaiyyətin bir daha diqqətinə çatdırır ki,  Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.02.2016-cı il tarixli, İş № 2-1 (81)-1541/2016 saylı qərarı ilə “Texnikabank” ASC müflis elan edilmiş və “M.M.M. Perfekt Konsaltinq” MMC banka ləğvedici təyin edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli, İş № 2-1 (81)-154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Texnikabank” ASC-nin ləğvedicisi təyin edilmişdir.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin əvvəlki ləvedicisi tərəfindən kreditorların tələblərinin qanunvericiliyin tələblərinə uyğun aparılmamaqla natamam həyata keçiridiyi üçün Fond tərəfindən tələblərin qeydiyyatının yenidən həyata keçirilməsi zərurəti yaranmış və Fond tərəfindən kreditorların tələblərinin qeydiyyatına 15.04.2016-cı il tarixdə başlanılmış, tələblərin qeydiyyat müddəti 15.05.2016-cı il tarixdə bitmişdir. Bu barədə KİV-də məlumat dərc etdirilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et