Əmanətlər qalxan faizlər ilə artıb | Banco.az

Əmanətlər qalxan faizlər ilə artıb

Dekabr ayında fiziki şəxslərin əmanətləri artıb. Qeyd edək ki, dekabr ayında bir sıra bank əmanət faizlərini qaldırıb. Eyni zamanda banklar əmanətlərin cəlbi üzrə müxtəlif  kampaniyalar keçirmişdilər. 

Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş məlumata görə, Noyabr ayı ilə müqayisədə Dekabr ayında fiziki şəxslərin əmanətləri 3.5% (279.8 milyon manat) artaraq 8 milyard 269.7 milyon manat təşkil edib. Oktyabr və Noyabrda əmanətlərdə aylıq müqayisədə azalma baş vermişdi. 

Ən sərfəli kredit üçün müraciət et

2018-ci il ərzində isə fiziki şəxslərin əmanətlərində 9.6% (727.2 milyon manat) artım olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et