Elon Musk hamını məyus edəcək etirafı etdi | Banco.az

Elon Musk hamını məyus edəcək etirafı etdi

Elon Musk özünün Twitter səhifəsində etiraf edib ki, benzinlə çalışan iki avtomobilə sahibdir.

Birinci avtomobili ona dostu bağışlayıb. İkinci avtomobil isə onun birinci sevgisidir.

“Mənim benzinlə çalışan iki avtomobilim var. Onlardan biri Model T, digəri isə Series 1 ’67 E-type Roadster-dir. Mənim ilk sevgim” – deyə Musk öz tweet-də qeyd edib.

Musk, Ford Model T və Jaguar Series 1 1967 E-type Roadster avtomobillərini nəzərdə tutur. Görünür Musk öz ilk sevgisini məhz Jaguar Roadster modelini adlandırır. Forbes ilə müsahibəsində o bildirib ki, sözügedən avtomobil modelini öz karyerasının ilk başlarında alıb. Belə ki, onun 17 yaşı olanda klassik kabrioletlər üçün olan jurnalda məhz bu model onun çox xoşuna gəlib.

Ən sərfəli kredit üçün müraciət et

“Mən onların hamısına baxmışdım və mənim ən çox xoşuma gələn model də məhz E-type Jaguar olmuşdu. Mən özümə dedimki əgər günlərin birində mən bu cür avtomobili ala bilsəm, onda bu həmin avtomobil olacaq. Buna görə də mən onu aldım” – deyə Musk bildirib.

Mənbə: technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et