Elmlə məşğul olaraq 2 milyardlıq biznesi necə qurmaq olar?  | Banco.az

Elmlə məşğul olaraq 2 milyardlıq biznesi necə qurmaq olar? 

Pet Braun “Impossible Foods”u açmağı düşünmürdü. Belə ki, elmlə məşğul olurdu və kifayət qədər nailiyyətləri vardı. Lakin alternativ ət istehsalı texnologiyalarının necə imkanlar açdığını gördükdən sonra bu fürsəti əldən vermək istəmədi. 

Pet Braun kəşf etməkdən daha çox düşünməyi sevir. O, başqalarının həyata keçirdiyi ideyaların tam açılmadığını müşahidə edir. Beləliklə, həmin ideyalara yeni yanaşma axtararaq onun ən mükəmməl tətbiq yolunu tapır. Bu məntiqlə də o, özünü dərindən dərk etdi. Silikon Vadisinə, bəlkə də, ən gözlənilməz şəkildə girməyə müyəssər oldu. 

Kitabxana, genetik kod, heyvandarlıq bazarı 

Braun əvvəlcə pediatr kimi təhsil alıb. Lakin genetikanın təhlükəli xəstəliklərə, o cümlədən xərçəngə qarşı mübarizədə çox irəlilədiyini görərək Stenford Universitetində elmi araşdırmalara başladı. Bir neçə il sonra o, DNT mikroçiplərini, yəni genetik kodu yeni bir səviyyədə öyrənməyə imkan verən texnologiyanı yaratdı. Onun kəşfi elmdə bir sıçrayış idi. Bir çox tədqiqatçı bunu karyerasının zirvəsi hesab edə bilərdi. Ancaq Pet təvazökarlıqla öz işinə davam edirdi. 2001-ci ildə o, elmi işlərə qlobal giriş problemi ilə ciddi şəkildə məşğul olur və həmkarları ilə birlikdə PLOS ictimai-elmi kitabxanasını yaradır. Bu layihə alimlərin elmi məlumatlar əldə etmək imkanlarını xeyli genişləndirmişdi. 

Impossible Foods məhsulları satan restoranlar 

On il sonra Pet Braun əslində ət istehlakının kainatdakı böyük problemlərdən biri olduğu qənaətinə gəlir. O, sırf insanların zülal qəbul edə bilməsi üçün heyvanların öldürülməsini qınayıraq bunun ağlasığmaz miqdarda içməli su, torpaq və enerji resursları sərf etdiyini qeyd edir. 

"Bu gün qlobal heyvandarlıq bazarı 1,6 trilyon dollar dəyərində qiymətləndirilir. Lakin hələ də qədimi texnologiyalar tətbiq olunur". 

Bu zaman Pet bir startap üçün Stenfordu və elmi atmaq qərarına gəldi. Bu gün o, əti yenidən yaradan bir şirkətin təsisçisi və rəhbəridir. 

57 yaşda necə investor tapmaq olar? 

Ən sərfəli kredit üçün müraciət et

Braun “Impossible Foods”u 2011-ci ildə, 57 yaşında olarkən açıb. Başlanğıc üçün investor tapmaq lazım idi.  

Pet etiraf edir. 

“Mənim ilk təqdimatım elə bəsit idi ki, onu biznes məktəbi tələbələrinə göstərsəydiniz, gülməkdən ölərdilər” 

Buna baxmayaraq o, tam əminliklə investorlara bildirib ki, bu ideya onların onsuz da aşıb-daşan sərvətini bir az da artıracaq.  

“Elə belə də demədim, — izah edir — Amma dəqiq bilirdim ki, bununla zirvəni fəth edə biləcəm və doğrudan da  ideya işə yaradı”. 

2011-ci ildə yeni başlayarkən “Impossible Foods” 9 milyon investisiya cəlb edə bilir. Hazırda şirkətin dəyəri 2 milyard dolları keçib. 

Fırıldaqçılar üçün fürsət 

Aramızda intellekt cəhətdən Pet Braun ilə eyni səviyyədə olan az adam var, amma çoxumuzda eyni təşəbbüskar ruh mövcuddur. Sadəcə öz qabiliyyətimizə inanmırıq. Bir çox uğurlu biznesmenin MBA dərəcəsi yoxdur, amma  intuisiyası var: dünyanın digər sakinlərinin hiss etmədiyi bir şeyin astanasında olduqlarını duya bilirlər. 

Pet Braunun uğuru onunla izah olunur ki, o, öz imkanlarını düzgün qiymətləndirə bilib. O, yaxşı komanda üzvləri seçib: əməliyyatçıları və maliyyə direktoru çox gözəl işləyir. Pet elmi kor-koranə atmamışdı. Düzgün proqnozlaşdıra bilmişdi ki, özündən başqa heç kəs süni ət biznesi ilə ciddi şəkildə məşğul ola bilməyəcək. 

“Qarşına məhdudiyyətlər qoymaq və fırıldaqçı fenomenləri geniş yayılıb. Bəziləri əlindən gəlməsə də deyir ki, bu işi bacararlar. Bəziləri isə hesab edir ki, öhdəsindən gəlməzlər. Beləcə insanlar özlərini imkanlardan məhrum edirlər”. 

Pet Braunun dediyi kimi, süni ət biznesində tapdanmış yollar yoxdur, kimsə bütün bu məsələləri həll etməlidir, bu işi ən yaxşı elə o özü bacarar. 

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et