Elm adamları daha çox hansı sindromlardan əziyyət çəkirlər? | Banco.az

Elm adamları daha çox hansı sindromlardan əziyyət çəkirlər?

Dahi insanlar hər zaman öz dahilikləri ilə yanaşı qəribəlikləri ilə də diqqət mərkəzində olublar. Belə insanlar arasında İsaak Nyuton, Albert Eynşteyn və s. məhşur simalar yer almaqdadır. Onlar bu qəribəliklərinə səbəb müəyyən sindrom və xəstəliklərdən əziyyət çəkməkləri bağlı idi. Bu qəribəliklər onlara problem yaratsa da bir digər tərəfdən öz sahələrində tanınmış simalar olmaqda vacib rol oynayıb.

İsaak Nyuton

Bütün dünyada dillər əzbəri olan məhşur alim epilepsiya, Asperger sindromu kimi problemlərdən əziyyət çəkməkdə idi. Asperger sindromu bir çox xüsusiyyətlərinə görə autizmlə müqayisə olunsa da mühüm fərqləri də mövcuddur. Belə ki, bu sindromdan əziyyət çəkən insanlar bir qədər çətin ünsiyyət qursalar da eyni zamanda onların beyinləri adi insanlarla nisbətdə fərqli çalışır. Belə ki, bu tip insanların beyninin müxtəlif şöbələri eyni zamanda müxtəlif mövzulara adaptasiya ola bilirlər. Bu insanlar normalda az ünsiyyət qursalar da öz maraq dairələrinə aid mövzularda olduqca həssasdırlar. Yəqin ki, Nyutonun belə məhşur alim olması məhz bu sindromla əlaqəlidir. Bu sindroma başqa adla “empati sindromu”da deyilir. Sindromdan əziyyət çəkən bir digər sima isə Albert Eynşteyn olub.  Sindroma belə ad verilməsinin səbəbi onunla əlaqədardır ki, sindromdan əziyyət çəkənlər qarşısındakı ilə empatiya yarada bilmir.

Ən sərfəli kredit üçün müraciət et

Digər bir məhşur insan riyaziyyatçı, Nobel mükafatı  sahibi Con Neşdir. O, həyatı boyu şizofreniya xəstəliyindən əziyyət çəksə də nəticə etibarilə öz işini yarıda qoymamış və vacib kəşflərə imza atmışdır. Məhşur alimin həyatı haqda “The Beautiful Mind” adlı film də çəkilib.

Bundan əlavə Bill Qeytsin də adı autizm xəstəliyindən əziyyət çəkən insanlardan çəkilir. Bunun reallığı nə qədər əks etdirdiyini deyə bilməsək də ən azından belə məlumatlar heç də azlıq təşkil etmir.

Bu araşdırmanı təqdim etməkdə məqsəd həyatda bir çox şeyə müsbət yanaşmağımızla bağlıdır. Yəni insan öz üzərində çalışdığı və məqsədi olduğu müddətcə xəstəlik və sindromlar onu bu yoldan ayıra bilməz. Əsas olan özünüzü düzgün şəkildə yetişdirməkdir.

Nəcibə Yusifova, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et