Elektron imza nədir? | Banco.az

Elektron imza nədir?

Elektron imza ideyası 20-ci əsrin 70-80-cı illərdə meydana gəlib və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və  3-cü tərəfə (məhkəmə, internet market və s.) bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır.

Elektron imza bizim virtual məkandakı imzamızdır. Yəni hər hansı bir elektron xidmətdən istifadə edərkən, mail göndərərkən, elektron hökumət portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza sertifikatı ilə kimliyini təsdiq edir, sistem onu eyniləşdirir və virtual mühitdə istədiyi əməliyyatı aparmağa imkan verir. Elektron imzanı şəxsiyyət vəsiqəsinin electron versiyasi kimi düşünə bilərik.

E-imza elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.

Elektron imza sertifikatını əldə etmək üçün qeydiyyat mərkəzlərinə müraciət etmək və ya e-imza.az saytında sertifiat üçün onlayn müraciət etmək lazımdır. Müraciət etdikdən sonra 3 iş günü ərzində sifariş edilən elektron imza sertifikatı hazır olur.

Elektron imzanın 4 növü mövcüddur:

  • vətəndaşlar; Bu sertifikatı əldə edən istifadəçi öz imzası ilə dövlət qurumlarına müraciət edə, “Elektron hökumət” portalında autentifikasiyadan keçə, rəsmi yazışmalar apara və e-poçt xidmətlərindən istifadə edə bilər. Bu elektron imzanın qiyməti 18 manatdır.
  • fiziki şəxslər ; Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, hüquqi şəxs olmayan, vergi ödəyicilərinin elektron xidmətlərdən istifadə edərək biznes hesabatlarını müvafiq strukturlara imzalayaraq ötürməsini təmin edir. Bu elektron imzanın qiyməti 36 manatdır.
  • hüquqi şəxslər; Azərbaycan Respublikasında hüquqi şəxs kimi fəaliyyət göstərən biznes subyektlərinin elektron xidmətlərdən yararlanması, avtomatik olaraq elektron müqavilələrin bağlanmasını təmin edir. Bu elektron imzanın qiyməti 72 manatdır.
  • dövlət qurumları; Dövlət işçilərinin xidməti vəzifələrinə görə əldə etdiyi və öz səlahiyyətləri çərçivəsində elektron sənəd mübadiləsindən istifadə etməsini təmin edir. Bu elektron imzanın qiyməti 58 manatdır.

Hazırda qanunvericiliyə əsasən sertifikatın fəaliyyət müddəti 3 ildir. Bu müddət bitəndə imza sahibinin istəyinə əsasən ona yeni sertifikat verilir. 

Ən sərfəli kredit üçün müraciət et

Elektron imza sertifikatı aşağıdakı daşıyıcılarda ola bilər:

  • Smart Kart daşıyıcıda – Elektron imza sertifikatları kartda təqdim olunur. Elektron imza kartının oxunması üçün kart oxuyucu əldə olunmalıdır. Bu kart oxuyucular bütün smart kartların oxunmasında istifadə oluna bilər.
  • USB daşıyıcıda – Elektron imza sertifikatları USB formasında olan Tokenlər vasitəilə də təqdim olunur.

ASXM-lər tərəfindən Asan İmza sertifikatlarının verilməsi hər hansı dövlət rüsumu olmadan pulsuz həyata keçirilir. Lakin  müvafiq mobil operatorlardan Asan İmza sim kartlarının əldə edilməsi üçün müəyyən xidmət haqqları nəzərdə tutulub. Lakin elektron imza sertifikatları üçün isə yuxarıda göstərilən şəkildə rüsumlar nəzərdə tutulmuşdur.

Nüsrət Xəlilov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et