Ekspertlər ən təhlükəli avtomobilin adını açıqlayıb | Banco.az

Ekspertlər ən təhlükəli avtomobilin adını açıqlayıb

2017-ci ildə yeni avtomobillərin təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üzrə Avropa təşkilatı ən təhlükəli və təhlükəsiz avtomobilləri müəyyən edib. Ən pis avtomobil adını isə Fiat  Punto alıb.

Model 5 mümkün ulduzdan – sıfır nəticə alıb. Bazara 2005-ci ildə daxil olan Fiat Punto 1,2 litr mühərrikə sahib "hatchback" avtomobildir.

Ən sərfəli kredit üçün müraciət et

Avtomobillər – təhlükəsizliyi təmin edən avadanlıqlar, uşaq-sərnişinlərin müdafiəsi, piyadaların müdafiəsi  və maşının hərəkət zolağında saxlanılması meyarları əsasında qiymətləndirilib.

Fiat Punto-da bu göstəricilər müvafiq olaraq, 51%, 43%, 52% və 0% olub. Dörd parametrdən ikisi üzrə - sürücünün təhlükəsizliyi və avtomobilin hərəkət zolağında saxlanılması üzrə) avtomobil ən pis nəticələrə sahib olub.
İkinci təhlükəli avtomobil - Ford Mustang seçilib – (uşaq sərnişinlərin qorunması üzrə ən pis göstərici, üçüncü isə Fiat 500 olub.  Piyaladalar ilə ən çox problem yaşayan avtomobil isə Citroen e-Mehari olub. .

Ən təhlükəsiz avtomobil adına isə Volvo XC60 layıq görülüb.
 

Ən sərfəli krediti almaq üçün müraciət et