Ekspertlər AÇIQLADI: Bitcoin 67.500 dollar olacaq! | Banco.az

Ekspertlər AÇIQLADI: Bitcoin 67.500 dollar olacaq!

Pantera Capital Management investisiya şirkətinin analitikləri belə hesab edirlər ki, bitcoinin dəyəri 2018-ci ilin sonunda 21000 dollar, 2019-cu ili sonu 67500 dollar təşkil edəcək.

Məlumat üçün bildirək ki, şirkət son 5 ildə həyata keçirdiyi maliyyə məsələlərinin hesabatını açıqlamış və şirkətin investisiya dəyəri 700 mln dollar olaraq dəyərləndirilmişdi.

Şirkətin əsas səhmdarlarından olan Den Merxed öz açıqlamasında bildirmişdi ki, bitcoin almaq Microsoft-da hissə payı almaq kimi dəyərləndirilə bilər. Bu fikri dediyi vaxtlar bitcoinin dəyəri cəmi 20 sent təşkil edirdi. Analitiklər belə hesab edir ki, bitcoinin dəyəri 2010-cu ilin iyunundan bu günədək getdikcə artmaqdadır. Hansı ki, artıq ilkin kriptovalyutanın dəyəri 30 iyun tarixində 8160 dollar təşkil edirdi. Bundan əlavə Den Morxed bildirmişdi ki, 2017-ci ildə 65% azalmanın ardından növbəti illərdə artım yenidən özünü göstərəcək. O, kriptovalyutanın bu səviyyəsini nəzərə alaraq sərmayə qoyanların gələcəkdə çoxlu qazanc əldə edəcəklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Morxed kripto bazarını yaxından izlədiyi üçün bitcoini necə dəyərləndirmək haqda da ideal sxem hazırlayıb.

“230 günlük orta qiymətə çatdıqda kriptovalyutanı alın, bir il gözləyin və sonra satın. Bununla 239% geri dönüş əldə etmək şansınız ola bilər” deyə o, bildirib.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et