Əhalinin gəlirləri kreditlərin ödənilməsinə gedir | Banco.az

Əhalinin gəlirləri kreditlərin ödənilməsinə gedir

Bu ilin yanvar-avqust aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq, 24 milyard manata çatıb.

Xəbər verilir ki, onun hər nəfərə düşən həcmi 2559,9 manat olub. Gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4 faiz bəndi üstələyərək 3,8 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.  
Əhalinin sərəncamında qalan gəlir 21,8 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 faiz artıb.

Publilka.az

Ən sərfəli krediti almaq üçün müraciət et