“Əhalinin əksər hissəsi banklardan asılı vəziyyətə düşüb” | Banco.az

“Əhalinin əksər hissəsi banklardan asılı vəziyyətə düşüb”

Milli Məclisin 13 noyabr iclasında, büdcə müzakirələri zamanı danışan deputat Vahid Əhmədov deyib ki, kreditlərlə bağlı yaradılmış ağır vəziyyət parlamentdə müzakirə olunmalıdır.

Deputat qeyd edib ki, banklar əmanətləri 10-12 faiz dərəcəsində qəbul etdikləri halda kreditləri 30-35 faizə verir: “Banklar əmanət faiz dərəcələri ilə kredit faiz dərəcələri arasındakı bu ciddi fərqləri Milli Məclisdə izah etməlidir. Biz bu məsələni ciddi müzakirə etməliyik. Çünki bu məsələ əhali arasında ciddi narahatlıq yaradıb. Əhalinin əksər hissəsi banklardan asılı vəziyyətə düşüb. Bu sahədə ciddi islahatlar aparılmalıdır və faiz dərəcələri aşağı salınmalıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et