Əhali daha çox hansı sığorta növünə müraciət edir? | Banco.az

Əhali daha çox hansı sığorta növünə müraciət edir?

Müəllif - Aida İsaq, Banco.az

Ölkəmizdə əhalinin müxtəlif növ sığorta məhsulları üzrə müvafiq şirkətlərə müraciətləri sürətlə artır. Artıq müasir dövrdə insanlar həyatın, sahib olduqları xidmət və vasitələrin dəyər meyarını daha dəqiq və düzgün istiqamətlərdə qiymətləndirə bilir. Sığortalanma əməliyyatları gələcəkdə baş verə biləcək hadisələrdən özümüzü, əzizlərimizi və s. qorumaq məqsədlərimizi ən yaxşı formada ifadə edir. Bəs maraqlıdır ki, görəsən əhali daha çox hansı sığorta növlərinə müraciət edir? Bu barədə PAŞA Sığorta şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova məlumat verib.

"PAŞA Sığortanın 2022-ci il üzrə  yekun satış hesabatına əsasən 3 əsas məhsula nəzər salmaq istərdim. Ötən il avtomobil, əmlak və tibbi sığorta məhsulları üzrə satışlarımızda artım olmuşdur. Lakin 2021-ci il ilə müqayisədə ötən il fərdi sığorta istiqamətində həyata keçirdiyimiz layihələrin və təşəbbüslərin nəticəsi olaraq tibbi sığorta üzrə 144%, əmlak sığortası üzrə 64%, avtomobil sığortası üzrə 16%  artımı xüsusilə vurğulamaq yerinə düşər".

Şirkət nümayəndəsi müvafiq istiqamətlər üzrə artımların səbəblərindən də danışıb.

Ən sərfəli kredit üçün müraciət et

"Bu sadəcə sözügedən sığorta növlərinin populyarlığı ilə bağlı deyil, həm də qoyulan məqsədə çatmaq üçün sistemli fəaliyyətimizin nəticəsidir. Xüsusilə yeni müştərilərin cəlb edilməsinə hədəflənən yeni məhsullar, marketinq kampaniyaları, rəqabətli tariflər, eləcə də müştərilərlə xidmət və kommunikasiyanın keyfiyyətinin artırılması istiqamətində görülən işlərin təsiri böyükdür."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et