Əcnəbi sədrin müavini - Fərhad Hacinski | Banco.az

Əcnəbi sədrin müavini - Fərhad Hacinski

Fərhad Hacinski - 2016-cı ilin 22 iyul tarixində NIKOIL Bankın İdarə Heyəti sədrinin Birinci Müavini vəzifəsinə təyin edilib. Buna qədər isə o, “Rabitəbank”ın İdarə Heyətinin sədr müavini idi.

Gəlin, onu daha yaxından tanıyaq.

Cənab Hacinski 1976-cı ildə Bakı şəhərində anadan olub.

Təhsil:

  • 1993-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə daxil olub.
  • Digər mənbəədə isə onun Tibb Universitetini psixatriya ixtisasi üzrə bitirdiyi qeyd olunur.
  • Universitetdə təhsil almaqla yanaşı, maliyyə menecmenti ilə maraqlanırdı və Azərbaycan Auditorlar palatasının potensialının artırılması proqramı çərçivəsində beynəlxalq illik layihədə iştirak etmişdir. Bu layihəni, Almaniyada, Avropa Akademiyasında  uğurla başa çatdıraraq 500 peşəkar mühasib və maliyyəçi, layihə iştirakçıları, arasında 2-ci yeri tutmuşdur.
  • Professional maliyyə ixtisasına Mançester Biznes Məktəbində Maliyyə Menecerləri üçün MBA (magistr) təhsil kursunda yiyələnib.
  • Yuxarıdakılara əlavə olaraq Fərhad Hacınski çox sayda beynəlxalq seminar və konfransların iştirakçısı olub. ACCA, Hattenhem Universitetinin, KPMG və Azərbaycan Auditorlar Palatasının təsdiqlədiyi fəxri fərmanlar alıb
  • CIMA-nın iki mərhələsi üzrə sertifikatların sahibidir. 

Karyera :

Ən sərfəli kredit üçün müraciət et

O, 1999-cu ildə öz peşəkar fəaliyyətinə bank olmayan kredit təşkilatı “FINCA AZERBAIJAN”-da kredit mütəxəssisi vəzifəsi ilə başlayır.

Daha sonra karyera həyatını sürətlə inkişaf etdirərək Promtexbank SKB ASC-də kredit şöbəsinin rəhbəri və Unibankda korporativ müştərilərlə iş şöbəsinin rəhbəri vəzifəsində çalışır.

 Fərhad Hacınski 2002-ci ildə Almaniyanın Əmanət Kassaları Fondunun (SBFIC) təklifini qəbul edir və Fondun Azərbaycandakı müxtəlif layihələrində bank məsləhətçisi vəzifəsində fəaliyyət göstərir. Onun ən uğurlu layihələrindən biri Alman-Azərbaycan Fondunun layihəsi olur.

Qeyd etmək lazımdır ki, Fərhad Hacınski müxtəlif illərdə Bank Respublikada Kredit Departamentinin rəhbəri, KredAqro bank olmayan kredit təşkilatında Müşahidə Şurasının üzvü, Xəzər Beynəlxalq İnvestisiya Şirkətində (CIIC) investisiyalar üzrə direktor, Rabitəbank QSC-də İdarə Heyəti sədrinin müavini kimi rəhbər vəzifələrdə çalışmışdır.

O, eyni zamanda “Professional Solutions” və “H&N Partners” kimi konsaltinq şirkətlərinin həmtəsisçilərindəndir.

Aktiv həyat tərzi aparır. Ailəlidir, iki övladı var.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et