ECB rəsmisi iyunda faiz dərəcələrinin aşağı salınma ehtimalı olduğu bildirib | Banco.az

ECB rəsmisi iyunda faiz dərəcələrinin aşağı salınma ehtimalı olduğu bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvü Piter Kazimir bankın erkən faiz endirimlərindən yayınacağına işarə edib.

Banco.az xəbər verir ki, Piter Kazimir faiz endirimlərinin iyun ayında başlaya biləcəyini söyləyib.

ECB rəsmisinin sözlərinə görə, orta müddətli inflyasiya mənzərəsi daha aydın görünməzdən əvvəl qısa müddətli sürprizlərə əsaslanaraq hərəkət etmək riskli ola bilər.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı (ECB) ötən həftə keçirilən iclasda faiz dərəcəsini sabit saxlamışdı. Bununla da, mərkəzi bank ardıcıl 3 iclasdır ki, faizlərdə dəyişiklik etmir.

“Növbəti addım endirim olacaq. Əminəm ki, bunun aprel və ya iyunda olması qərarın təsirinə görə ikinci dərəcəlidir. Prosesin iyunda reallaşması ehtimalı daha yüksək olsa da, vaxtla bağlı dəqiq nəticəyə gələ bilmərəm”, Kazimir bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et