Düzgün araşdırma aparmağın 5 effektiv üsulu | Banco.az

Düzgün araşdırma aparmağın 5 effektiv üsulu

1. Mövzuya uyğun açar sözlər və ya digər əlaqəli sözlər müəyyənləşdirin.

Hər şeydən əvvəl araşdıracağınız mövzunu hərtərəfli öyrənin.

Məsələn, Şekspirin əsərlərindən biri olan “Hamlet” haqqında axtarış aparacaqsınızsa, “Hamlet” – i tanımalısınız. “Dəliliyin əhəmiyyəti”, “Şiddət və qəzəb”, “İntiqam burulğanı” kimi açar sözlərlə araşdırmanızdakı kiçik nüansları ortaya çıxaracaqsınız və bununla da əslində bir əsas başlıqda bir çox mövzu ilə bağlı fikir sahibi olacaqsınız. Kiçik nüanslardan başlayıb əsas mövzuya irəliləmək sizin üçün daha dəqiq bir nəticə ortaya çıxaracaq.

2. İkinci dərəcəli məlumatları buraxıb mənbəyə doğru irəliləyin.

Araşdırdığınız mövzu ilə bağlı sadəcə internet vasitəsilə axtarış etmək əldə etdiyiniz məlumatın doğru olub olmadığı ilə bağlı şübhəyə düşməyinizə və axtarış müddətinin uzanmasına səbəb ola bilər. Çünki, məlumatın doğruluğundan tərəddüd etmək sizi mövzudan uzaqlaşdırıb informasiya bolluğuna məruz qoya bilər.

Bu vəziyyəti yaşamamaq üçün mövzunun mənbəyinə doğru irəliləyin. Məsələn, fəlsəfi bir termini axtarırsınızsa, bu mövzuda olan kitabları tapın və onlara nəzər salın. Beləliklə mövzudan daha çox agah olacaqsınız.

3. Mövzunun tarixini oxuyun.

Ən sərfəli kredit üçün müraciət et

Sadə bir nümunəyə nəzər salaq; Rəqəmsal marketinqlə bağlı araşdırma aparırsınızsa, ənənəvi marketinq üsullarını oxumağınız belə sizin üçün faydalı olacaqdır. Rəqəmsal marketinq başlığını genişlədib öncə marketinq anlayışına yönəlməlisiniz. Beləliklə məlumatları həm xronoloji, həm də geniş miqyaslı öyrənmiş olacaqsınız. Bununla da həm mövcud vəziyyətin necə formalaşdığını başa düşməklə gələcəyə dair proqnozlara sahib olacaqsınız, həm də bir mövzunu araşdırarkən əlavə məlumatlar da əldə edəcəksiniz.

4. Analiz edin.

Mövzu ilə bağlı bir çox şərhləri oxuyun. Mövzunun lehinə olanların nə üçün belə fikirləşdiklərini, əleyhinə olanların isə nə üçün bu fikrə qarşı çıxdıqlarını öyrənməyə çalışın. Qarşı çıxanların təqdim etdikləri arqumentlərə fikir verin. Bununla da hərtərəfli düşünərək araşdırma aparmış olacaqsınız.

5. Qeyd götürməyin, xülasə tərtib edin.

Araşdırma apararkən müntəzəm olaraq kiçik qeydlər götürmək bir müddət üçün sizə faydalı olsa da, uzun müddət davam edən bir araşdırma həyata keçirdiyiniz təqdirdə bu hal informasiya bolluğuna səbəb olacaqdır. Bunun əvəzinə mövzu ilə bağlı xülasə tərtib etmək dafa effektiv nəticə verəcəkdir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et