Dünyanın uğurlu 5 qadın sahibkarı | Banco.az

Dünyanın uğurlu 5 qadın sahibkarı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İş həyatının ənənəvi tabuları dağıldıqca, qadınlar daha çox texnologiya dünyasında öz sözünü deyərək uğurları ilə dünyaya örnək olurlar.

Banco.az texnologiya sahəsində tanınan dünyanın 5 ən uğurlu iş qadını haqqında məlumatı təqdim edir:

Elizabeth Holms

Stenford Universitetində bakalavr təhsili alarkən innovativ sağlamlıq texnologiyaları şirkəti Theranos-u qurub.  Şirkətinin sərvəti 9 milyard dollardan çox olan Holms iynəyə ehtiyac olmadan edilə bilən qan testi hazırlayıb.

Marissa Mayer

Silikon Vadisinin ən görkəmli qadın sahibkarlarından biri olan Mayer Google-un 20-ci işçisi olub. Yüksək vəzifədə işlədiyi Google-dan ayrıldıqdan sonra Yahoo-nun baş direktoru olan Mayer müasir axtarış texnologiyalarının inkişafına mühüm töhfə verib.

Lauren C.Costantini

“Prima-Temp” tibbi texnologiya şirkətinin baş direktoru Konstantini öz sahəsində ən nüfuzlu şəxslərdən biridir. Bədən istiliyindən istifadə edərək yeni texnologiyalar üzərində çalışan şirkət reproduktiv məlumatlılıq sensoru yaradıb.

Ən sərfəli kredit üçün müraciət et

Indra Nooyi

Dünyanın ən güclü qadınlarından biri kimi təsvir edilən Hindistan əsilli Nooyi dünyanın ikinci ən böyük qida və içki şirkəti olan “PepsiCO”nun baş direktorudur. Yale Universitetinin məzunu olan Nooyi “PepsiCO”nun uzunmüddətli böyüməsinə rəhbərlik edən yüksək ixtisaslı qadın liderdən sayılır.

Resmi Sinha

Psixologiya üzrə doktorluq dərəcəsi olan Sinha həyat yoldaşı ilə birlikdə “SlideShare” platformasını təsis edib. Böyük uğur qazanan şirkət 2012-ci ildə LinkedIn tərəfindən 100 milyon dollar dəyərində alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et