Dünyanın ilk 4 kameralı smartfonu Samsung Galaxy A9 mağazalarda neçəyədir? | Banco.az

Dünyanın ilk 4 kameralı smartfonu Samsung Galaxy A9 mağazalarda neçəyədir?

2018-ci ilin oktyabr ayında Samsung şirkəti dünyada ilk dəfə 4 kameranı bir modulda birləşdirərək Galaxy A9 (2018) modelini təqdim etdi. Canlı və dinamik əks (100.7 sm FHD+ Super ALOMED Infinity ekran), etibarlı təhlükəsizlik sistemi (barmaq izi skaneri və üz tanıma), rəngarəng korpusa malik Galaxy A9 son zamanların ən çox bəyənilən modelidir. Brend, keyfiyyətli kadrlar axtarışında olan insanlara fərqli üstünlüklərə malik 4 kameranı bir arada istifadə etmək imkanı bəxş edir. Bu modelin bir çox üstünlüklərinin olması ilə yanaşı ən əsas xüsusiyyəti kamera modulunun peşəkar səviyyədə təchiz edilməsidir. 

Beləliklə, əsas kamera 24 MP (meqapiksel) olub, f/1.7 diafraqma açıqlığına malik olaraq gecə rejimində dəqiq kadrlar çəkə bilir.

Həmçinin oxu: Samsung Galaxy Note 9 mağazalarda neçəyədir?

Digər iki kamera: 8 MP, 120 dərəcəlik geniş bucaq və 10 MP (hər ikisi f/2.4 diafraqma açıqlığına) malik olub telefoto-obyektiv funksiyasını dəstəkləyir. Sonuncu isə 5 MP  kamera və diafraqma açıqlığı f/2.2 olub portret rejim və “Canlı fokus” funksiyasını daşıyır. Kamera AI-ni dəstəklədiyinə görə çəkiliş ssenarisini avtomatik olaraq tanıya bilir. Bütün bu  texniki mükəmməliyə əlavə olaraq model Snapdragon 660 platformasına malik ISP Spectra 160 prosessoru ilə təchiz olunub. Mütəxəssislər, məhz bu əlavəni yeni məhsulun ürəyi adlandırırlar. Samsung Galaxy A9 modelinin flaqman sayağı xüsusiyyətləri sırasında, Galaxy Note 9 smartfonunda olduğu kimi 6/128 GB yaddaş həcminə malik olduğu müşahidə olunur. Akkumulyatorun tutumu isə 3800 mAh olaraq enerjini sürətlə yığır və uzun müddət saxlaya bilir.

Son dövrlərin səs-küyə səbəb olan Samsung Galaxy A9 telefonunun qiymətlərini Banco.az bir cədvəldə sizə təqdim edir:

 

Samsung Galaxy A9 (128 GB) 
Mağaza Nağd qiymət Kredit 
Müddət Aylıq ödəniş Yekun məbləğ
World Telecom  1149 AZN 12 ay 118 AZN 1416 AZN
İrşad Electronics 1249 AZN 12 ay 104.08 AZN 1249 AZN
Maxi.az 1249 AZN 12 ay 104.08 AZN 1249 AZN
Soliton * 1249 AZN 12 ay 94.73 AZN 1623.7 AZN
Baku Electronics ** 1249 AZN -
Optimal ** 1249 AZN
Kontakt Home *** 1249.99 AZN 12 ay 91 AZN  1387 AZN

 

Ən sərfəli kredit üçün müraciət et

 

Qeydlər: 

*Soliton mağazalar şəbəkəsində Samsung Galaxy A9 telefonunu kreditlə əldə etdikdə: ilkin ödəniş ümumi məbləğin 30%-ni, 487 AZN (kredit məbləği 1136.7 AZN, kredit üzrə bütün faizlər isə 374.7 AZN) təşkil edir. Hesablamalar təqribidir. Ödənişlər üzrə dəqiq informasiya mağazada kredit şöbəsi tərəfindən verilir.

** Baku Elektronics və Optimal Elektronics mağazalarına müraciət edərək, kredit barəsində daha ətrafı məlumat əldə edə bilərsiniz. 

*** Kontakt Home mağazalar şəbəkəsində Samsung Galaxy A9 telefonunu kreditlə əldə etdikdə: ilkin ödəniş 275 AZN təşkil edir. 

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Сколько стоит первый в мире смартфон Samsung Galaxy A9 с четырьмя камерами ?

Günel Gözəlova, Banco.az