Dünyanın ən varlı qadınları və onların biznesləri (II hissə) | Banco.az

Dünyanın ən varlı qadınları və onların biznesləri (II hissə)

Bu dəfəki yazımızda yenidən sizi dünyanın ən varlı qadınları ilə tanış edəcəyik.

İvanka Tramp

Dünyada ən çox diqqət mərkəzində olan biznes ledilərdən biridir. İlk vaxtlar biznesmen qızı kimi tanınan xanım Tramp, sonradan prezident qızı olaraq daha çox diqqətləri öz üzərinə cəmləyə bildi. İvanka Tramp yalnız mənsub olduğu ailə ilə deyil, o cümlədən idarə etdiyi bizneslə də yetərincə rəğbət görən xanımdır. Daha əvvəllər modelyer, müəllif, televiziyanın seçilən simalarından biri olan xanımın hal-hazırki varidatı 740 milyon dollar həcmində qiymətləndirilir.

Pansi Ho

Pansi Ho Çinin ən varlı qadınlarından biridir. O, atasının yaratdığı şirkətin hal-hazırki varisidir. Əvvəlki dövrlərdə Çində hökümətlə əlaqəsi olmayan insanların biznes qurması çox çətin idi və onun atası bundan ağıllı çıxış yolu tapmışdı. O, öz sərmayəsini mərc oyunlara qoyaraq varlanmağa nail ola bilmişdi. Qızı Pansi onun sərvətini idarə etməyə başladıqdan sonra necə deyərlər sərvətə sərvət qatmağa nail ola bilib. Hal-hazırda onun sərvəti 3.4 milyard dollara qədər yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Marqarita Lui-Dreyfus

Sant Peterburqda anadan olan Marqarita daha sonralar İsveç vətəndaşlığı almış və hal-hazırda Fransada yaşamaqdadır. Yoldaşını itirdikdən sonra bütün idarəni ələ alan xanım Marqarita Louis Dreyfus şirkətinin səhmləri üzərindəki nəzərati öz əlinə alıb. O, bu kapitalı 5.3 milyard dollara qədər artırmağa nail ola bilib.

Kerri Perrodo

Honk Konqda anadan olmuş bu xanım yoldaşının ölümündən sonra ailə biznesinə sahib çıxıb. Perenco adlı şirkətin sahibi olan xanım qısa zamanda xanımların da biznesdə kişilərdən geri qalmadığını sübut edib. Hal-hazırda onun varidatı 8.8 milyard dollar olaraq qiymətləndirilir. 3 uşaq anası olan Kerri artıq biznesi böyük oğluna həvalə edərək xeyriyyə işləri ilə məşğul olur.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et