Dünyanın ən dəyərli markaları arasında texnologiyanın üstünlüyü | Banco.az

Dünyanın ən dəyərli markaları arasında texnologiyanın üstünlüyü

Texnologiya və e-ticarət günümüzün marka dəyəri siyahısında çox dəyişikliklərə səbəb oldu. “Brand Finance” tərəfindən hazırlanan “Global 500” siyahısının 2018-ci il üçün göstəriciləri hər bir markanın dərs çıxarmalı olduğunu hiss etdirir. Gəlin, ilk 10 yeri bölüşən markalara nəzər salaq.

Bu il texnologiya nəhəngləri “Apple” və “Google” brendlərini geridə qoyaraq birinci yerin sahibi “Amazon” oldu. Belə ki, e-ticarət nəhənginin marka dəyəri 42% artım göstərərək 150.8 milyard dollara çatdı. Həm bazar dəyəri, həm də dövriyyə baxımından dünyanın ən böyük internet təşəbbüsü olan “Amazon” artıq sadəcə onlayn pərakəndə satış kanalı deyil, eyni zamanda həm bulud infranstrukturu həm də elektronika istehsalçısı funksiyalarını da yerinə yetirir. Çünki “Amazon” həm yeni sektor, həm də coğrafi ərazilərə əmin addımlarla yayılır.

Ikincilik pilləsində keçən ilə görə 27.2%-lik bir geriləmə ilə 146.3 milyard dollarlıq marka dəyərinə sahib olan “Apple” yer alır. Markanın ən dəyərli parçası olan “iPhone” lar dövriyyənin üçdə iki hissəsini əhatə edərkən, 29 milyon dollar həcmində satışla iPhone X seriyasının gözləntiləri qarşılamadığı görünür.

Üçüncü sırada 10% geriləmə yaşayan 120.9 milyard dollar marka dəyəri ilə “Google” qərarlaşır. Internet axtarışları, bulud və mobil texnologiyalarda lider olan “Google” hər nə qədər sürücüsüz avtomobillərin istehsalına sərmayə qoysa da, hələki “Amazon” un sərmayələrini üstələyə bilmir.

Ən sərfəli kredit üçün müraciət et

“Brand Finance” ilk dəfədir ki, “Global 500” siyahısının ilk beş sırasında sadəcə texnoloji markaların yer aldığını qeyd edir. Siyahının dördüncü sırasında 92.3 milyard dollarlıq marka dəyəri ilə “Samsung” yer alarkən, 5-ci sırada qərarlaşan “Facebook” un marka dəyəri 89.7 milyard dollar təşkil edir.

Bununla yanaşı “Google” un satın aldığı “Youtube” isə marka dəyərini iki qat artıraraq 25.9 milyard dollar ilə 42-ci sırada yer alır. Həmçinin Çinin texnoloji brendləri də marka dəyərini artırmaqdadır. Çinin qlobal marka dəyəri 2008-ci ildən bəri 3%-dən 15%-ə qədər artarkən 2018-ci ildə marka dəyəri 911.5 milyard dollar olaraq görünür. Qeyd edək ki, 2018-ci ilin ən sürətli inkişaf edən markaları da Çinə məxsusdur.

Ərazilərə görə önə çıxan markalara nəzər saldıqda 8.4 milyard dollar ilə Latın Amerikasının ən dəyərli markasının bu il Meksikadan “Pemex” olduğunu, Avropanın ən dəyərli markası olaraq isə 43.9 milyard dollar ilə siyahıda 15-ci sırada yer alan Mercedes-Benzi görürük. Mercedes-benzin marka dəyərinin artmasının səbəbi izlədiyi marketinq siyasəti ilə gənc nəslə daha çox xidmət göstərilməsinə başlanılması oldu.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et