Dünyanın ən böyük ilkin səhm satışına böyük tələb | Banco.az

Dünyanın ən böyük ilkin səhm satışına böyük tələb

Təxminən 35 milyard dollarlıq böyüklüyü ilə dünyanın ən böyük səhmlərin ilkin kütləvi təklifi (İPO) olacaq "Ant Group"un səhm satışına sərmayəçilər böyük maraq göstərirlər.

Çinin maliyyə texnologiyaları şirkətinin ilkin səhm təklifinə 872 qat tələb gəlib.

"Ant Group"un ilkin kütləvi təklifinin həcmi 34,5 milyard dollar olaraq nəzərdə tutulur. Tələbin qarşılanması üçün bu miqdarın 5,2 milyard dollar artacağı təxmin edilir. 

"Saudi Aramco"nun keçən il baş tutumuş ilkin kütləvi səhm təklifi 29 milyard dollar olmuşdu.

Səhmlərin ilkin kütləvi təklifi ilə "Ant Group"un bazar dəyər diqqəti çəlb edir. Təxminən 315 milyard dollar olaraq nəzərdə tutulan şirkətin dəyəri, Misir, Çili və Finlandiya kimi ölkələrin ümumi daxili məhsullarını geridə qoyur.

2014-ci ildə qurulan "Ant Group", "Alibaba Holding"in onlayın ödəmə şirkəti olaraq dünyanın ən qiymətli maliyyə texnologiyaları şirkətlərindən birinə çevrilib. 

Ən sərfəli kredit üçün müraciət et

"Ant Group"un səhmlərinin ilkin kütləvi satışından sonra şirkətin qurucusu çinli milyarder Jack Ma-nın dünyanın ən varlı 11-ci adamı olacağı nəzərdə tutulur.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et