Dünyanın ən böyük ikinci kinoteatr şəbəkəsi salonlarını bağlayır | Banco.az

Dünyanın ən böyük ikinci kinoteatr şəbəkəsi salonlarını bağlayır

"Cineworld Group Plc" şirkəti, ABŞ və İngiltərədə olan kinoteatrlarını müvəqqəti bağlayacağını açıqlayıb. Buna səbəb qış aylarında səs salacağı gözlənilən filimlərin koronavirus pandemiyası ilə əlaqədar olaraq 2021-ci ilə təxirə salınmasıdır.

Dünyanın ən böyük ikinci kinoteatr şəbəkəsi Cümə axşamı günü ABŞ-da 536 Regal markalı salonunu, İngiltərədə isə Picturehouse markası da daxil olmaqla 127 nöqtəsini bağlayacaq. Söz mövzusu qərar 45 min işçiyə təsir edəcək.

Şirkətin səhmləri qərardan sonra 30% düşüb. Cineworld-un səhmləri bu il ərzində isə təxminən 88% dəyər itirib.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et