Dünyanın ən bahalı 5 kartı hansı banklar tərəfindən verilir? | Banco.az

Dünyanın ən bahalı 5 kartı hansı banklar tərəfindən verilir?

Bəzi üstünlüklər pul ilə alına bilməz. Elə mağazalar, hərraclar var ki, orada təklif olunan xidmətlər Yer kürəsinin 99% əhalisi üçün əlçatmazdır. Bu fürsətləri əldə etmək üçün xüsusi bank kartlarına sahib olmaq gərəkdir. Dünyanın ən zəngin insanları belə illərlə həmin bank kartlarını əldə edə bilmək üçün sıralarını gözləyir.

Bəs bu kartlar sahiblərinə hansı üstünlükləri bəxş edir. Top-5-likdə yer alan kartlar ilə tanış olaq: 

1. J.P. Morgan Palladium Card

Əgər bank hesabınızda 25 milyon dollar vəsaitiniz varsa, siz J.P. Morgan Palladium Card-nı əldə etmək kimi fikirə düşə bilərsiniz. Lakin bu elədə asan proses deyil. Kartın əldə olunması bir neçə il çəkə bilər.

2. Coutts World Silk Card

Sözü gedən kart tam 1 milyon dollara başa gəlir. Bank hesabınızda tam göstərilən məbləğ olmasa kartı əldə etmək mümkünsüz olardı, əgər pullar II Yelizavettaya məxsus şəxsi Coutts bankında saxlanılmırsa. Təmin etdiyiniz kimi, kraliçanın şəxsi bankının müştərisi olmaq çətin məsələdi.  Bank, kart sahibinə “kral” statusunun aktivləşməsi üçün hesabda qalan vəsaitin cəmi 49,1%-ni təklif edir. Dərhal sonra isə kart sahibinə təqdim edir. Hədiyyə olaraq isə “adi” insanlar üçün əlçatmaz premium mağazalar, xüsusi yükdaşıma və bir çox üstünlüklər əldə edirlər. Yalnız Coutts World Silk Card sahibləri bütün imtiyazlar barəsində məlumatlıdırlar.

3. Dubai First Royale MasterCard

Ən sərfəli kredit üçün müraciət et

Qızıl haşiyə, tam mərkəzdə yerləşdirilmiş brilliant, krallara məxsus kart Dubayın ən möhtərəm insanlarına xüsusi olaraq dəvətnamə əsasında təqdim edilir. Kartın hazırlanması üzun müddət çəkir. Bank istəsə belə, günə 9 kartdan artıq hazırlaya bilmir.

Üstünlüklər? Digər 200 kart sahibi kimi müştəri “Adi”ekstremal lüks xidmətlərdən yararlana bilir.

4. American Express Black Card Centurion

Əgər siz Centurion adlı kartı əldə etmək istəsəniz, ilk olaraq onun təkcə hazırlanmasına 7500 dollar, illik xidmət haqqı üçün 2500 dollar pul ödəməli olacaqsınız. Kart vasitəsi ilə həyata keçirilən ödənişlər isə ən azından 250 min dollar həcmində olmalıdır. Kart zəngin insanlar üçün əsl tapıntıdır. Belə ki, kart sahibləri istənilən zamanda hava limanlarında yerləşən Centurion zallarından, brendin otel-tərəfdaşları, restoranlarda rezervasiya xidmətlərindən yararlana və sairə kimi sayılmaz üstünlüklər əldə edə bilirlər.

5. NatWest Black MasterCard

Dünyanın ən çox rəğbət qazanan kartı NatWestMasterCard birgə məhsuludur. Hər ikisi birlikdə limiti 1,5 milyona qədər artıraraq müştərilərini maraqlı aksiyalar ilə sevindirməyə davam edir. Kartın illik qiyməti 395 dollar olaraq, sahiblərinə saysız endirimlər, bonuslar və bir sıra əlavə üstünlüklər təklif edir.

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et