Dünyanın 11 ən göz qamaşdıran çimərliyi | Banco.az

Dünyanın 11 ən göz qamaşdıran çimərliyi

1. Horseshoe Bay (Bermud adaları)

Mavi dəniz və çəhrayı qum. Xoşbəxtlik üçün daha nə lazımdır ki? 

 

2. Punalu'u Beach (Havay adaları)

Havay çimərlikləri özünün vulkanik mənşəli qara qumu ilə məşhurdur. Burada hər addımda dəniz tısbağasına rast gəlmək olar.

 

3. Kaihalulu Bay (Havay adaları)

Həmçinin bu adalarda qırmızı çimərliklər vardır. Qumun tərkibi dəmir filizi ilə zəngindir ki, bu da onu əlvan rənglərə boyayır. 

 

4. Glass Beach (Kaliforniya, ABŞ)

Şüşə-daşlardan ibarət çimərlik, bir zamanar yerli əhalinin atdığı tullantılar nəticəsində yaranıb, okeanın təsirindən indi onlar əlvan görünür. Bura turistlər tərəfindən də ziyarət olunur.

 

5. Pensacola Beach (Florida, ABŞ)

Un kimi ağ və xırçıldayan qumu və zümrüd rəngli suyu olan çimərlik. Meksika körfəzi bu yerə heyranedici bir abu-hava bəxş edir. 

 

6. Elafonissi Beach (Krit, Yunanıstan)

Ən sərfəli kredit üçün müraciət et

Mərcan qalıqlarından formalaşmış və çəhrayı rəngli hissələri sayəsində bu çimərlik Yer  Kürəsinin ən məşhur və ən gözəl çimərliklərindən biridir. 

 

7. Vik Beach (İslandiya)   

Qara rəngli qum və bazalt qayalar bu çimərlikdə yad planet mənzərəsi yaradır. Bura həm də İslandiyanın ən isti yeridir, illik orta tempratur 5 dərəcə Selsidir.

 

8. Muriwai Beach (Oklend, Yeni Zelandiya)

Əsrarəngiz qara qum və yaşıla bürünmüş qayalar bu çimərliyi dünyanın ən romantik məkanlarından birinə çevirir. 

 

9. Red Sands Shore (Şəhzadə Eduard adası, Kanada)

Nəfəskəsici gözəllik, unudulmaz hisslər bəxş edən qürub çağları.. Tünd-zümrüd rəngli dəniz suyu və qırmızı qumsal

 

10. Pfeiffer Beach (Kaliforniya, ABŞ)

Mineral sular çimərlikdəki quma bənövşəyi çalarlar bəxş edir, belə bir mənzərəyə axı daha harada şahid olmaq olar? 

 

11. Siesta Key (Florida, ABŞ) 

Ağ kvars tərkibli qum, göy mavisi çimərlik və  xilasedicilərin göz qamaşdıran butkaları. Özünüzü rahatlayın və sadəcə zövq alın. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et