Dünyada yaşayış dəyəri bu il “böhran” səviyyəsinə çata bilər | Banco.az

Dünyada yaşayış dəyəri bu il “böhran” səviyyəsinə çata bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Dünyada yaşayış dəyəri bu il “böhran” səviyyəsinə çata bilər.”

Banco.az xəbər verir ki, Dünya İqtisadi Forumunun (WEF) özəl və dövlət iqtisadçılarının iştirakı ilə hazırladığı “Baş İqtisadçıların Baxış 2023” hesabatına əsasən, qlobal iqtisadi artım və inflyasiya ilə bağlı proqnozlar regionlar üzrə əsaslı şəkildə dəyişir.

Hesabata görə, iqtisadçıların 45%-i bu il qlobal tənəzzül proqnozlaşdırsalar da, digər 45%-i bunu qeyri-mümkün hesab edir.

Çində Kovid-19 əleyhinə tədbirlərin ləğv edilməsinə görə ən çox canlanmanın Asiya regionunda baş verəcəyi gözlənilir. İqtisadçıların yarısı bu il Çində iqtisadi artımın mülayim, 43 faizi isə güclü olacağını düşünür.

İqtisadçıların 93 faizi Şərqi Asiya və Sakit okean regionunda iqtisadiyyatın ən azı orta səviyyədə inkişaf edəcəyini gözlədiyi halda, 50 və 75 faizi ABŞ və Avropada müvafiq olaraq zəif və ya çox zəif iqtisadi artım proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qlobal miqyasda inflyasiya yüksək olaraq qaldığından iqtisadçıların 76 faizi yaşayış dəyərinin bir çox ölkələrdə “böhran” səviyyəsində davam edəcəyini və bunun xüsusilə inkişaf etməkdə olan ölkələrdə “kəskin” problemə çevriləcəyini düşünür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et