Dünyada mövcud olan 8 İNANILMAZ PEŞƏ | Banco.az

Dünyada mövcud olan 8 İNANILMAZ PEŞƏ

Yeni tanış olduğunuz birindən peşəsi haqda soruşmaq artıq ənənə halını alıb. Belə olan halda eşidəcəyiniz cavablar da bir çox halda standart xarakter daşıyır. Amma müasir dünyada bəzi peşələr də var ki, onlarla çox nadir hallarda rastlaşırıq. Bu məqaləmizdə sizi bu peşələrlə tanış edəcəyik.

Heyvan yemləri üzrə qurman

Heyvanlar üçün nəzərdə tutulan qidaları yoxlayan bu peşə sahibləri əsasən qidanın dadını və keyfiyyətini artırmaq üçün çalışırlar.

İtən ev heyvanlarını tapmaq üçün xəfiyyə

Nə qədər qeyri-adi görünsə də belə peşə sahibləri mövcuddur. Bu insanlar itmiş ev heyvanlarını tapmaq qarşılığında 1000 dollara qədər pul qazana bilirlər. Niyə də olmasın , əziyyətin qarşılığı olmalıdır.

Həmçinin maraqlıdır: Qeyri-adi Bir Şirkət Yaratmaq Üçün 12 Çılğın Fikir

Peşəkar üzr istəyən şəxslər

Gülməli səslənsə də belə peşə sahibləri də mövcuddur. Southwest hava şirkəti pilotun səhvinə görə texniki problemlər yaşamış müştərilərindən üzr istəməsi üçün belə şəxsləri işə qəbul edir. Bu şəxslər təyyarədəki bütün sərnişinlərdən baş vermiş yalnış anlaşmaya və ya hər hansı problemə görə üzr istəyirlər. Nə qədər çətin iş olsa da şirkət bu çətinliyi nəzərə alıb bu şəxslərə kifayət qədər yaxşı maaş verir ki, könüllərini xoş tuta bilsin.

Netflix-də izləyici olmaq

Bəli, yalnış anlamadınız. Netflix öz kinolarını dəyərləndirmək üçün kino sevər şəxsləri işə alıb. Bu şəxslər televiziyada göstərilən bütün veriliş və kinolara baxaraq rəy bildirir, dəyərləndirir və qeydlər edirlər.

Ən sərfəli kredit üçün müraciət et

İtlər üçün sörfinq (surfing) təlimçisi

Varlığa nə darlıq. Bu söz belə yerdə daha effektiv səslənə bilər. Xaricdə yaşayan bəzi varlı şəxslər öz itlərinə lüks həyat yaşatmaq üçün onlara sörf təlimçisi belə tuturlar. Hətta sizə bildirək ki, bunun üçün fəaliyyət göstrərən və öz xidmətlərini təklif edən şirkətlər mövcuddur. Bunlara misal olaraq Good Kharma SurfHellen Woodward Animal Center şirkətlərini göstərmək olar.

Qida məhsulu kağızlarına proqnozlar yazan şəxslər

Bu iş çox yaradıcılıq tələb edir. Beləki, bu iş sahibləri şirniyyatların içlik kağızına ümidverici sözlər yazır. Wonton Foods şirkətində çalışan Donald Lau da belə peşə sahiblərindən olub və 30 il bu işdə çalışıb. Əslində çox zövq verici işdir desək yanılmarıq. Təsəvvür edin ki, yazdığınız bir cümlə kiminsə həyatında dönüş nöqtəsi olur.

Qida stilisti

Qida qurmanı hər cür təamı dadırsa, qida stilisti onun görüntüsünü dizayn edir. Belə insanlar əsasən fotoqraflığın bu sferasında təkminləşmiş insanlar hesab olunurlar və onların orta illik əmək haqqı 62000 dollar təşkil edir.

Toyda gəlinin rəfiqəsi

Xarici toylarda gəlinin rəfiqələri də xüsusilə seçilir. Amma hamının rəfiqəsi olacaq deyə bir qayda yoxdur. Bu da problem deyil. Bunun üçün Bridesmaid for Hire və A Professional Bridesmaid kimi şirkətlər gəlinlər üçün belə rəfiqələr təşkil edirlər. Həm əylən, həm qazan. Gəlin rəfiqələri günlük 1000 dollar qazanmaqla həm əylənir, həm də öz xərclərini təmin edirlər.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et