Dünyada ilk 150 milyard dollarlıq sərvətə sahib şəxs AÇIQLANDI | Banco.az

Dünyada ilk 150 milyard dollarlıq sərvətə sahib şəxs AÇIQLANDI

Bloomberg dünyanın ən varlı adamını açıqlayıb. Bu şəxs dünya tarixində ilk 150 milyard dollara sahib olan Ceff Bezosdur. Ceff dünyaca məhşur Amazon şirkətinin sahibidir. Bloombergin verdiyi məlumata görə, bu tarixdə ilk belə göstəricidir. Ceff öz sərvəti ilə Bill QeytsWarren Baffeti geridə qoyur. Xatırladaq ki, Bu ilin hesablamalarına görə Bloomberg agentliyi Bill Qeytsin sərvətini 149 milyard dollar olaraq qiymətləndirib. Ondan sonrakı pillələrdə isə Warren Baffet və Mark Zukerberq yer alır.

Bu isə öz növbəsində Amazonun hissə paylarının dəyərini artırır. Məlumat üçün bildirək ki, həftənin ilk günü Amazonun qiymətli kağızı 1,842 dollar olaraq qiymmətləndirilib və bu yalnız bir kağızın dəyəridir.

Bloomberg, Bezosun 1982-ci ildən bu yana yaşamış ən varlı şəxs olduğunu qeyd edir, çünki Forbes jurnalı məhz həmin vaxtdan dünyanın ən varlı insanlarını dərc etməyə başlamışdı.

2018-ci il Bezos üçün uğurlu ili hesab oluna bilər, çünki bu il onun sərvəti 52 milyard dollar artmışdır.  Bu isə öz növbəsində rəqib şirkət olan Alibaba Group-un yaradıcısı Cek Manı bir xeyli geridə qoyan göstəricidir.

Nəcibə Yusifova, Banco.az

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç