Dünyada ən çox danışılan dillər hansılardır? | Banco.az

Dünyada ən çox danışılan dillər hansılardır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, dünyada 195 ölkə var. Fərqli mədəniyyət və adət-ənənələrə malik olan bu ölkələrin əksəriyyəti öz dillərindən istifadə edir. Bəs dünyada ən çox danışılan dillər hansılardır? Bu məqalədə həmin dillərin siyahısını təqdim edəcəyik.

Banco.az xəbər verir ki, "Ethnologue" tərəfindən dərc edilən statistikaya görə, hazırda ingilis dili ən populyar dildir və 1 milyard 452 milyondan çox insan tərəfindən danışıq dili kimi istifadə edilir. 

İlk 10-luq aşağıdakı kimidir:

1. İngilis dili - 1 milyard 452 milyon

2. mandarin Çincəsi - 1 milyard 118 milyon

3. Hind dili - 602 milyon 200 min

4. İspan dili - 548 milyon 300 min

5. Fransız dili - 274 milyon 100 min

Ən sərfəli kredit üçün müraciət et

6. Ərəb dili - 274 milyon

7. Benqal dili - 272 milyon 700 min

8. Rus dili - 258 milyon 200 min

9. Portuqal dili - 257 milyon 700 min

10. Urdu dili - 231 milyon 300 min

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et