Dünya tarixinə keçən ən böyük 5 soyğun | Banco.az

Dünya tarixinə keçən ən böyük 5 soyğun

Yazılı, vizual və ya sosial mediada demək olar ki, hər gün soyğun xəbərinə rast gəlirik. Banklar, zərgərlər, evlər, iş yerləri və s. Bəziləri diqqətimizi çəkərkən, bəzilərini isə "təkrarlanan" olaraq görürük. Amma bəzi soyğunlar var ki, giriş, inkişaf və nəticəyə görə film və ya roman təsiri bağışlayır. Oğurlanmış pulun ölçüsü və oğurlanma yolu ilə tarixə keçmiş ən böyük 5 soyğun:

1. İraq Mərkəzi Bankı Soyğunu. (1 milyard dollar - 18.03.2003 - Bağdad)

İraq Mərkəzi Bankı, digər bir deyimlə Səddamın şəxsi kassası, koalisiya qüvvələrinin İraqı bombalamasından yalnız bir gün əvvəl Səddam Hüseyndən aldığı imzalı məktubla birlikdə banka gedən oğlu Kusay Hüseynin bankdan oğurladığı 1 milyard dollar, hələ də tarixin ən böyük soyğunu olaraq bilinir. Əlbəttə ki, bu pul Səddama kömək olmadı. ABŞ əsgərləri Kusayı öldürdü, Səddamı isə bir yerdə gizlənmiş olaraq tapdı. Hər nə qədər bu pulların 650 milyonu Səddama aid sığınacaqlardan birində tapılsa da, qalan 350 milyon dollar heç bir zaman tapılmadı.

2. Bələdiyyə istiqrazları soyğunu. (292 Milyon Pound - 02.05.1990 - London)

Poçtalyon John Goddard (58) banklara və kooperativlərə bələdiyyə istiqrazlarının verilməsi üçün məsuliyyət daşıyırdı. İngiltərə Mərkəz Bankına aid ən böyüyü 1 milyon funt məbləğində olan 301 ədəd istiqrazı daşıyarkən bıçaqla təhdid edilərək soyuldu. Hadisə ilə əlaqədar Keith Cheeseman adlı bir adam həbs olunaraq 6,5 il həbs cəzasına məhkum edildi. Soyğunun baş aktyoru olduğu sanılan Patrick Thomas isə başından vurularaq öldürülmüş bir şəkildə tapılmış, oğurlanan istiqrazlardan ikisi istisna olmaqla, hamısı tapılmışdır.

3. Isabella Stewart Gardner Muzeyi soyğunu. (500 Milyon Dolar - 18.03.1990 Boston)

Özlərini polis kimi təqdim edərək muzeyə girən və muzeydə işləyən təhlükəsizlik işçilərini  "haqqlarında həbs əmri olduğu" yalanıyla tutaraq təsirsiz hala gətirən kəslər, 1 saat 20 dəqiqə içərisində muzeydəki çox qiymətli  12 sənət əsərini oğurlamışdılar. Çərçivələrdə olan zəng siqnallarının dövrəyə girməsinə maneə törətmək üçün əsərləri çərçivə kənarlarından kəsən  oğruların tutulmasına  10 milyon dollar mükafat qoyulmuş, ancaq hadisənin üzərindən bu qədər il keçməsinə baxmayaraq hələ də tutulmayıblar.

Ən sərfəli kredit üçün müraciət et

4. Dar Es Salaam Bankı Soyğunu. (282 milyon dollar - 12.07.2007 - Bağdad)

Mətbuatda çox az yer tapan bu soyğun, sözügedən bankda çalışan üç təhlükəsizlik əməkdaşının terroristlərlə əməkdaşlığı nəticəsində həyata keçirildi. Soyğun olduğu gün bank şöbəsində külli miqdarda nağd pulun olması şübhələri bu istiqamətə çəkmişdir. Soyğunla əlaqədar heç kim tutulmayıb, oğurlanan pullar isə hələ də gizli olaraq qalır.

5. Knightsbridge Kirayə Kassa Mərkəzi Soyğunu. (60 Milyon Pound - 12.07.1987 - London)

Bəhs edilən soyğun, 1986-ci ildə İtaliyadan İngiltərəyə "immiqrant" olaraq gələn və İtaliyada 50 fərqli silahlı soyğuna qarışdığı iddiasıyla axtarılan Valerio Viccei tərəfindən edilmişdir. "Kassa icarəyə götürmək istəyirəm" deyərək kirayəlik kassa mərkəzinə girən Viccei, mərkəzin qapısına "bağlı" yazısını asaraq başqa müştərilərin gəlməsinə maneə törətmiş və dərhal sonra özünə qoşulan yoldaşları ilə birlikdə mərkəzdə olan kassaları boşaldaraq 60 milyon poundluq bir soyğuna imza atmışdır. Hadisənin ardından Amerikaya qaçan Viccei və qrupu, daha sonra polis tərəfindən tutulmuşdur. İşin ən maraqlı tərəfi Valerio Viccei tutulma yoludur. Çünki bir müddət sonra İngiltərədə saxladığı Ferrarisini geri almaq üçün İngiltərəyə qayıtdığında tutulmuş və 22 il həbs cəzasına məhkum edilmişdir. Oğurladığı 60 milyon funt ilə yeni bir Ferrari almaq əvəzinə nə üçün köhnə Ferrari'si üçün İngiltərəyə qayıtdığı sözün tam mənasıyla bir sirrdir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et