Dünya mobilləşir, iş saatları dəyişir | Banco.az

Dünya mobilləşir, iş saatları dəyişir

Mobil iş tendensiyası artmaqda olan dünyada təşkilatlar və işçilər özlərini rahat və sərbəst hiss edəcəkləri ünsiyyət kanallarını üstün tuturlar. Hər yerdən ünsiyyət qurmağa imkan verən kommunikasiya həlləri vaxta qənaət etməklə, səyahət xərclərini də azalda bilər.

Unify tərəfindən aparılan sorğunun nəticələrinə görə, 2016-cı ildən dünyada işçilərin ümumi sayının 37,2 faizi mobil işçilərdir. 2020-ci ildə işçi qüvvəsinin 50%-nin çevik iş sisteminə keçməsi gözlənilir. 5 il içərisində iclas və görüşlərin internet vasitəsilə aparılacağı gözlənilir. Flexible (çevik, dəyişkən) və mobil iş tendensiyası dünya miqyasında daha da genişlənməyə başlayır. Bu yeni iş sistemi ilə ayaqlaşmaq üçün müəssisələr əsasən texnologiya və insan resursları şöbələrinə investisiya qoyurlar.

Həftədə 28 saatı E-mail yoxlamağa xərcləyirik.

McKinsey Global İnstitutunun bir araşdırmasına görə, bir işçi həftəlik iş saatının 28 faizini e-poçtlarını yoxlayır. Radacati Qrupunun bir araşdırmasına görə, işçilər gündə ortalama 121 e-poçt göndərir və qəbul edirlər. Lazımsız e-poçt trafiki məhsuldarlığı azaldır və  vaxt israfına səbəb olur. İki ildən çox müddət ərzində, 1000-dən çox istifadəçinin geri dönüşlərini nəzərə alaraq Unify “Circuit” tətbiqini hazırlamışdır. Bu tətbiq e-poçt izdihamını aradan qaldırır və ünsiyyəti asanlaşdırır. Sosial media, biznes proqramları, şəkillər, yazışmalar və səsli kommunikasiyalardan ibarət olan “Circuit”, hər bir kanalda olan məlumatları bir araya gətirir və istifadəçilərə inteqrasiya olunmuş halda təqdim edərək, ünsiyyətin rahatlığını təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda yüksək rəqabət şərtləri və sürət həyatımızın əhəmiyyətli bir hissəsidir, buna görə də mobillik, uzaqdan iş, davamlı təmasda olmaq, təşkilatların və işçilərin qaçınılmaz gerçəyidir. İndi biz mobil dünyada yaşayırıq. Bu yeni dünyada daha şəffaf, insanlara yönəldilmiş, onların həyatının asanlaşdıran, fərdlərin daha məhsuldar və vaxta qənaət edən həll yolları üstünlük təşkil edir. 

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et