Dünya İqtisadi Forumu: Azərbaycan bu indeksinə görə dünya lideridir | Banco.az

Dünya İqtisadi Forumu: Azərbaycan bu indeksinə görə dünya lideridir

Azərbaycan İnklyuziv İnkişaf İndeksinə (İDİ) görə inkişaf etməkdə olan ölkələr arasında 2-cı sırada yer alıb. İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun "İnklyuziv Artım və İnkişaf" hesabatına istinadən bildirilir ki, Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında İDİ indeksinə görə Litva ilə eyni - 4,73 bal toplayaraq ilk 2 sıranı bölüşür. 

Qeyd edək ki, İDİ indeksi ölkələr üzrə əsas iqtisadi göstəricilərin məcmusundan hazırlanır. Bu, yeni qlobal iqtisadi indeks ölkələrin iqtisadi inkişafına daha kompleks qiymət verir. İDİ indeksi hər hansı bir ölkənin iqtisadi durumunu ayrılıqda ÜDM və adambaşına düşən milli gəlir kimi göstəricilərdən daha effektli təsvir edir. Hesabatda həmçinin bilidirilir ki, İDİ indeksinin aşağı olması ÜDM artımının sosial inteqrasiyaya daha pis ötürüldüyünü göstərir. Bu ölkələr arasında Braziliya, İrlandiya, Yaponiya, Meksika və ABŞ yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda Azərbaycanın İDİ indeksi renkinqi adambaşına ÜDM artımı renkinqi ilə də müqayisə olunub. Azərbaycan İDİ-ÜDM (adambaşına) renkinq əmsalı (22) ilə ən yüksək ölkələr arasında yer alıb. Qeyd edək ki, bu əmsalın yüksək olması Azərbaycanda iqtisadi inkişaf modeli daha çox balanslaşdırıldığını və geniş kütləni əhatə etdiyini göstərir. Aşağıdakı cədvəldə Azərbaycan həm İDİ renkinqi, həm də İDİ-ÜDM (adambaşına) əmsalı inkişaf etməkdə olan ölkələr cədvəlində əks olunub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et