“Dünya Bankı Azərbaycana dəstəyini davam etdirəcək” | Banco.az

“Dünya Bankı Azərbaycana dəstəyini davam etdirəcək”

“Dünyada çətin iqtisadi şəraitə baxmayaraq ötən ilin birinci yarısında Azərbaycan ciddi iqtisadi artıma nail olub”.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumunda Dünya Bankının Azərbaycan üzrə ölkə təmsilçisi Larisa Leşçenko deyib.

Onun sözlərinə görə, 2015-ci ilin birinci yarısında Azərbaycanda 5,7% iqtisadi artım qeydə alınıb: “Ötən ilin ikinci yarısında da iqtisadi artım tempi davam edib. Amma daha az sürətlə. Bütövlükdə isə qeyri-neft sektoru neft sektoru ilə müqayisədə daha sürətli templə artıb. Bu da təqdirəlayiq bir haldır. Qeyri-neft sektorunun ÜDM-də payının yüksəlməsi bir daha onu göstərir ki, iqtisadi siyasət düzgün istiqamətdə təşəkkül tapır”, - deyə L. Leşçenko qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

L. Leşçenko əlavə edib ki, Dünya Bankının hesablamalarına görə, yaxın gələcəkdə dünya bazarında neftin qiyməti aşağı olaraq qalacaq. Onun sözlərinə görə, Dünya Bankı qlobal qeyri-müəyyən şəraitdə, neftin ucuzlaşdığı bir vaxtda Azərbaycana dəstəyini davam etdirəcək: “Bu baxımdan neft gəlirlərindən asılı vəziyyətə düşməmək üçün, dayanıqlığının artırılması üçün iqtisadiyyatın şaxələndirilməsi vacibdir. Biz daxili və kənar risklərə qarşı müqavimətini artırmalıyıq. Çətin zamandır, amma çətin şərait dayanıqlı inkişaf üçün yeni imkanlar yaranır”, - deyə L. Leşçenko bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et