Dünya Bankı Azərbaycana 300 milyon dollar ayırıb | Banco.az

Dünya Bankı Azərbaycana 300 milyon dollar ayırıb

Azərbaycan hökuməti və Dünya Bankı arasında ümumi məbləği 300 milyon ABŞ dolları olan 3 yeni borc sazişi imzalanıb.

Bu vəsait Azərbaycanda ədliyyə xidmətlərinin müasirləşdirilməsinə (100 milyon dollar), kənd icmaları üçün infrastruktur xidmətlərinin təkmilləşdirilməsinə (50 milyon dollar) və ölkə rayonlarında su-kanalizasiya şəbəkəsinin yenidən qurulmasına (150 milyon dollar) xərclənəcək.

Ən sərfəli kredit üçün müraciət et

Borc sazişlərinə Dünya Bankı tərəfdən qurumun ölkəmiz üzrə meneceri xanım Larisa Leşçenko, Azərbaycan tərəfdən isə müvafiq olaraq ədliyyə naziri Fikrət Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə imza atıb.

AzərTAc

Ən sərfəli krediti almaq üçün müraciət et