Dubay tarixin 19 min nəfərdən ibarət ən böyük turist qrupunu qəbul edir | Banco.az

Dubay tarixin 19 min nəfərdən ibarət ən böyük turist qrupunu qəbul edir

BƏƏ-nin maliyyə paytaxtı hesab olunan Dubay hal-hazırda tarixin 19 min nəfərdən ibarət ən böyük turist qrupunu qəbul etməkdədir.

Öz əməkdaşları üçün kütləvi səyahət təşkil etmək qərarına gələn böyük Çin şirkəti BƏƏ-nin 40 otelində 39,5 min nömrə bronlaşdırmışdır. Həftə ərzində Dubaya səfər edəcək turistlərin daşınması üçün 77 təyyarə, şəhərdə onlara yüksək səviyyədə xidmət göstərilməsi üçün isə 409 bələdçi nəzərdə tutulmuşdur. Tur proqramına əsasən hər bir ailə BƏƏ-də 5 gün keçirəcək. Turist qrupunun ölkədə qalma müddəti isə 6-17 aprel tarixlərini əhatə edəcək. Turistlərin şəhərin başlıca görməli yerləri (Dubay, Əbu-Dabi və Şarca) ilə yaxından tanış olmasına xüsusi diqqət yetiriləcək.

Dubay rəhbərliyi bu nəhəng turist qrupunun qarşılanması və onlara xidmət göstərilməsi məqsədilə ciddi şəkildə hazırlıq işləri aparır. Belə ki, şəhərin beynəlxalq hava limanında xüsusi rejim tətbiq edilir. Hava limanında çinli turistlər üçün pasport nəzarəti üzrə yeni şöbələrin yaradılacağı nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

2013-cü ildə Dubaya 11 milyondan çox turist gəlib. Bu göstərici 2012-ci il ilə müqayisədə 10% çoxdur. Dubaya gələn turistlər sırasında Səudiyyə Ərəbistanından (1.2 milyon nəfər), Hindistandan, Böyük Britaniyadan və ABŞ-dan gələn turistlər üstünlük təşkil edir.

Gələcəkdə Dubay rəhbərliyi il ərzində 20 milyon turist qəbul etmək niyyətindədir. Bunun üçün 140-160 min otel nömrəsinin mövcudluğu tələb olunur. Hal-hazırda şəhərdə 600 mehmanxana və 84 nömrədən ibarət apart-otellər fəaliyyət göstərir. Sözügedən obyektlər turizm mövsümündə turistlər tərəfindən yüksək tələbatla istifadə olunur.

Sevinc İbadova/Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et